1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:03.05.2019 13:19:02

"Ancaq onların diasporu belə ölkənin gələcəyinə inanmır."

"Sülh naminə təsisatlar yaradılanda çoxtərəflilik prinsipindən istifadə etmək çox vacibdir. Dünya sürətlə dəyişir. Ötən əsrin 90-ci illərinin əvvəllərində BMT-də gənc diplomat kimi fəaliyyət göstərmişəm. BMT hər zaman sülh naminə fəaliyyətə üstünlük verib".

"Report" xəbər verir ki, bunu Azərbaycannın Xarici İşlər naziri Elmar Məmmədyarov V Ümümdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən "BMT sistemində sülh naminə çoxtərəflilik və diplomatiyanın gücləndirilməsi" sessiyasında çıxışı zamanı deyib.

Nazir bildirib ki, sülh quruculuğu ilə bağlı BMT tərəfindən çox işlər görülüb: "Biz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişik. Azərbaycan bu üzvlüyü qazandıqdan sonra BMT-də fərqli atmosfer hökm sürməyə başlamışdı. BMT Təhlükəsizlik Şurasında təəssüf ki, məsələlərin həllində yalnız daimi üzvlər rol oynayır. Dünya dinamik inkişaf edir. Kiçik və orta ölkələr daha bərabər olmalıdır".

E.Məmmədyarov qeyd edib ki, əsas məsələ səyləri bir araya gətirib, daha da ucadan səsləndirməkdir: "Çünki BMT bir qətnaməni belə hasil edə bilmir. Rəqəmsallaşdırma çərçivəsində təzyiqlərə məruz qalırıq. Çünki sosial şəbəkələrin hər birimizin gündəlik həyatında mühüm rolu var, belə olan halda bu beynəlxalq münasibətlərə də təsirsiz ötüşmür".

XİN başçısı vurğulayıb ki, sülhdən yaxşı heç nə yoxdur: "Çoxtərəfli prinsipə ehtiyacımız var və bunun ətrafında fikirlər yürüdərək nələrəsə nail ola bilərik. Ermənilərlə danışıqlarda iştirak edən tərəf kimi rahat şəkildə deyə bilirik ki, münaqişələr 30 ilə yaxındır hökm sürür. Münaqişə müsbət və davamlı inkişafı təmin edə bilməz. Ermənistanda bu gün böyük miqrasiya dalğaları var. Ölkədə hökm sürən yoxsulluq insanların ölkənin gələcəyinə inanmaması onların dövləti tərk etməsinə gətirib çıxarır.

Təyyarədə olarkən erməni mətbuatı ilə fikir mübadiləsi apardım. Onlara sual verdikdə dedilər ki, diaspor bizə kömək edir. Ancaq onların diasporu belə ölkənin gələcəyinə inanmır. Əsas ismarıc açıq şəkildə çatdırılmalıdır. Nə qədər güclü mövqe nümayiş etdirsək ismarıclarımız da güclü olacaq".


Elmar Məmmədyarov: "Artıq erməni lobbisi də Ermənistanın gələcəyinə inanmır"

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Gecə döyüşləri: Düşmənin itirdiyi hərbi texnika, önəmli komandirlərin məhv edilməsi - MN İNFO
    Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat verdi
     19.10.2020
    Prezident İlham Əliyev: Cəbrayılın 13 kəndi işğaldan azad edilib
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində bildirib.
     19.10.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ