EURO 1,9068 TRY 0,2906
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TƏHSİL

Kateqoriya : XƏBƏRLƏR

TƏHSİL

Yayınlanma tarixi:13.04.2019 02:36:01

Elina Hacıyevanın intihar etməsi ilə bağlı mətbuat konfransı keçirilib.

Təhsil naziri Ceyhun Bayramov Bakı şəhərinin 162 nömrəli tam orta məktəbinin şagirdi Elina Hacıyevanın intihar etməsi ilə bağlı mətbuat konfransı keçirib.

Oxu.Az-ın məlumatına görə, konfransda məktəbdə baş verən hadisə barədə xidməti araşdırmanın nəticələri açıqlanıb.

Nazir bildirib ki, baş vermiş hadisənin təfərrüatının dərhal araşdırılması məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsində komissiya yaradılıb, Bakı şəhər Prokurorluğunun məlumatına əsasən faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

“Xidməti araşdırmanın ilkin nəticələrinə əsasən, məktəbin direktoru Abbasova Sevinc Kamil qızı xidməti araşdırma müddətində öz vəzifəsindən kənarlaşdırılıb.
Eyni zamanda, hadisənin baş vermə şəraitinin, səbəblərinin və digər təfərrüatının kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə geniş müzakirə edildiyini, bəzi hallarda bir-birinə zidd olan və yoxlanılmamış məlumatlar əsasında fərziyyə və ehtimalların irəli sürüldüyünü, baş vermiş hadisənin həssaslığını və faktla bağlı cinayət işi üzrə istintaq tədbirlərinin aparıldığını nəzərə alaraq, müvafiq komissiya tərəfindən aparılan xidməti araşdırma başa çatanadək nəticələrin ictimaiyyətə açıqlanmaması zərurəti yaranıb.

Belə ki, məktəbin VIII sinif şagirdi Hacıyeva Elina Ədalət qızı və onun valideynləri ilə müvafiq izahat işlərinin aparılması lazımi səviyyədə təşkil edilməyib, psixoloqun rəyinə əsasən vaxtaşırı olaraq özünə qapanan şagirdə qarşı xüsusi həssaslıqla yanaşılmayıb, şagirdlə əvvəllər olan ünsiyyətlərdən, onun davranış xüsusiyyətləri, ruhi-emosional vəziyyətinin səbəbləri ilə dərindən maraqlanılmayıb, ailə üzvləri ilə yaxından əməkdaşlıq edərək ona psixoloji-mənəvi dəstək göstərilməsinə laqeyd yanaşılıb.

Şagirdin sinfə və ya məktəbə bu və ya digər səbəbdən uyğunlaşmaması, bunun nəticəsində onun digər şagirdlərlə, sinif rəhbəri və müəllim heyəti ilə səmimi ünsiyyətinin qurulmaması, baş verənlərin şagirdin yeniyetmə dövrünə təsadüf etdiyindən davranışına təsir etməsi təlim-tərbiyə prosesində nəzərə alınmayıb.

Hadisənin baş verdiyi gün məktəb rəhbərliyinin məsuliyyətsizliyi səbəbindən məktəbdə növbətçilik təmin olunmayıb, bununla yanaşı, məktəb rəhbərliyi hadisədən dərhal sonra adekvat və zəruri tədbirlərin görülməsini də təmin etməyib”, – deyə Ceyhun Bayramov qeyd edib.

Nazir bildirib ki, hadisə baş verən məktəbin direktoru işdən çıxarılıb:

“Xidməti araşdırmanın məlumatlarını nəzərə alaraq Bakı şəhəri 162 nömrəli tam orta məktəbin direktoru və tərbiyə işləri üzrə direktorun müavini ilə əmək müqavilələrinə xitam verilməsi, şagirdin təhsil aldığı sinfin rəhbərinə qarşı müvafiq intizam tədbirlərinin görülməsi, məktəbin psixoloqunun işdən kənarlaşdırılması, məktəbə təcrübəli psixoloqun təyin edilməsi qərara alınıb”.


Elinanın intiharına görə 3 nəfər işdən çıxarılıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • 60 SANİYƏ: 24.04.19-un 4 önəmli xəbəri - VİDEO
    60 SANİYƏ: 24.04.19-un 4 önəmli xəbəri - VİDEO
     24.04.2019
    Kim Çen In Rusiyada: Bu, mənim son səfərim deyil!
    Şimali Koreya lideri Rusiyaya səfər edib.
     24.04.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ