1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TEXNOLOGİYA

Kateqoriya : XƏBƏRLƏR

TEXNOLOGİYA

Yayınlanma tarixi:11.12.2019 09:07:01

Kanadanın Britaniya Kolumbiyası əyalətində dünyada ilk dəfə tamamilə elektrik enerjisi ilə işləyən təyyarə səmaya qalxıb.

Kanadanın Britaniya Kolumbiyası əyalətində dünyada ilk dəfə tamamilə elektrik enerjisi ilə işləyən təyyarə səmaya qalxıb.

İslamazeri.com “Report”a istinadən xəbər verir ki, bu barədə “Harbour Air Seaplanes” şirkəti məlumat yayıb.

Qeyd edilir ki, uçuş Şimali Amerikada ən böyük hidroplanların istehsalı üzrə aviaşirkət “Harbour Air”ın və “elektrik aviasiyası sahəsində inqilab" etmiş “MagniX” şirkətlərinin birgə fəaliyyəti sayəsində mümkün olub. Hava maşını hələlik ticarət məqsədi ilə istismara buraxılıb.

"(Şirkətlər - red) ...bu gün dünyada tamamilə elektriklə işləyən ilk ticarət təyyarəsinin müvəffəqiyyətli uçuşunu elan ediblər. Bu gün səhər Riçmondda (Kanada şəhəri - red.) “Havilland Canada DHC-2 Beaver”markalı təyyarəsinin müvəffəqiyyətli uçuşu reallaşıb”, - deyə xəbərdə bildirilib.

Təyyarənin mühərriki 750 at gücünə malikdir.

“Bu tarix aviasiyada üçüncü eranın – elektrikin başlanğıcı kimi əlamətdardır", - xəbərdə qeyd edilir.

Təyyarəni “Harbour Air” şirkətinin baş direktoru və banisi Qreq Makduqall idarə edib. 


Elektrik aviasiyası sahəsində inqilab - təyyarə səmaya qalxdı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • ABŞ-ın vurduğu təyyarənin 290 iranlı qurbanı yad edildi
    Bu gün isə bu acı hadisənin ildönümü münasibəti ilə körfəzdə hücumun baş verdiyi yerə göydən çiçəklər atılıb.
     02.07.2020
     Ayətullah Şəhristanini hədisdə deyildiyi kimi olan şəxsiyyətlərdən bilirik
    Bu sözləri Gürcüstanın tanınmış ilahiyyatçı alimi Hacı Əziz Nəbiyev deyib
     02.07.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ