EURO 2,0342 NEFT 56,73
USD 1,7008 RUB 0,0294
  1. http://www.islamazeri.com/
  2. TƏHLİL

Kateqoriya : TƏHLİL

Yayınlanma tarixi:31.03.2017 13:06:44

“Türkiyə, həqiqətdə, istədiyi bufer zonasını yaratdı. Daha da irəliləmək məsələsi isə bir çox regional və dünya “oyunçularında” böyük sualların yaranmasına səbəb ola bilərdi.”

Milli Təhlükəsizliyin təmin edilməsi, İŞİD təhlükəsinin qarşısının alınması, suriyalı qaçqınların vətənlərinə geri qaytarılması və onların təhlükəsiz və rahat həyat tərzinin təmin edilməsi məqsədi ilə keçirilmiş “Fərat Qalxanı” əməliyyatı müvəffəqiyyətlə sona çatıb.”, - deyə Türkiyə Milli Təhlükəsizlik Şurasının (MTŞ) keçirilmiş iclasının yekun məlumatında deyilir. İslamazeri.com "RT"yə istinadən bildirir ki, bəyanatda qeyd edilir ki, Suriyada İŞİD-lə mübarizə aparan qüvvələr, daha dəqiq danışsaq, PKK, Suriya “Demokratik İttifaqı” və onun hərbi qanadı “Xalq Müdafiə Dəstəsi” regiona sülh gətirməyəcək. Əksinə, rəsmi Ankara güman edir ki, qısamüddətli və ortamüddətli perspektivdə bu, regionda yalnız yeni problemlərin yaranmasına gətirib çıxaracaq.

Türkiyə MTŞ-in bəyanatında həmçinin belə fikir də səslənir ki, Suriya münaqişəsinin tərəfləri arasındakı sülh prosesi regionda sülh və sabitliyn bərpa edilməsinin açarıdır.

 

Amerikan “kartı”

Politoloqların fikrincə, Türkiyənin Suriyada sülhün əldə edilməsi istiqamətində və yerinə yetirilmiş missiyası barədə səsləndirdiyi fikirlərin arxasında oldquca praqmatik hədəflər durur.

Bir sıra mütəxəssislər, xüsusilə də buna diqqət yetiriblər ki, rəsmi Ankara Suriyadakı əməliyyatın sona çatdırılması barədə Reks Tillersonun Türkiyə paytaxtına edəcəyin səfərin ərəfəsində elan edib. Qeyd edə ki, ABŞ Dövlət Katibi “ölkəsinin NATO üzrə partnyoru ilə ən yüksək səviyyədə qarşılıqlı təsir üçün” mart ayının 30-u Türkiyə Prezidenti və ölkənin digər mühüm siyasətçiləri ilə görüşüb.

Politoloq və analitik Aleksandr Asafov hesab edir ki, “Fərat Qalxanı” əməliyyatının uğurla sona çatdırılması haqda edilmiş bəyanat, sözsüz ki, Tillersonun gəlişinə aid edilib. Əməliyyatın nəticələri də ABŞ-dan olan nümayəndə heyəti ilə aparılacaq danışıqlar zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın əsas arqumentlərindən biri olacaq.

Ərdoğan müstəqil fəaliyyət, regionda öz maraqlarının müdafiəsi üçün ona mandatın verilməsini gözləyir.”, - deyə mütəxəssis qeyd edib.

Asafov xatırladıb ki, amerikalı analitiklər uzun müddətdir ki, Azad Kürdüstanın yaradılması ssenarisinin mövcudluğu barədə danışırlar. Ərdoğan isə, məntiqə uyğun olaraq, bu cür təşəbbüslərə qarşı çıxır və ABŞ-dan da bu fikirdən geri dönməsini tələb etmək niyyətindədir. Politoloqun fikrincə, bunun üçün isə onun “kozıra” ehtiyyacı var. Bu “kozır” hərbi mövcudluq yolu ilə Suriyadakı kürdlərə təzyiqin edilməsindən formal şəkildə imtina kimi çıxış edə bilər.

Danışıqların nəticəsi barədə qabaqcadan xəbər vermək hələ çətindir. Axı biz, Tillersonun nə məqsədlə Ankaraya səfər etdiyini bilmirik.”, - deyə Asafov əlavə edib.

Beynəlxalq Münasibətlərin və İctimai Diplomatiya Şərqşünaslıq Araşdırmalar Mərkəzinin direktoru Vladimir Avatkov isə güman edir ki, “Fərat Qalxanı” əməliyyatının uğurla başa vurulması haqda edilmiş bəyanat Reks Tillersonun gəlişi ilə bir-başa bağlı deyil.

Əgər bağlılıq varsa da, ancaq dolayıdır. Türklər hazırda regionda və dünyada tarazlıq və yeni yer axtarışındadırlar. Bununla bağlı olaraq da Rusiya və ABŞ tərəfləri ilə görüşlər rəsmi Ankara üçün son dərəcə mühümdür.”, - deyə Avatkov qeyd edib.

 

Əzələ nümayişi

Avatkov, Türkiyədə konstitusiyaya dəyişikliklərin edilməsinə dair referendumun keçirilməsi aprel ayının 16-na təyin edilib. Həm daxili, həm də xarici müttəfiq və rəqiblərə gücün nümayiş etdirilməsi nöqteyi nəzərindən, hazırda “Fərat Qalxanı” əməliyyatını “yüksək qiymətlərlə” yekunlaşdırmaq, sonradan geosiyasi və hərbi xarakterli problemlərlə üzləşməkdən çox-çox sərfəlidir.

Türkiyə, həqiqətdə, istədiyi bufer zonasını yaratdı. Daha da irəliləmək məsələsi isə bir çox regional və dünya “oyunçularında” böyük sualların yaranmasına səbəb ola bilərdi.”, - deyə Avatkov qeyd edib.

 

“Qalxandan” “qılınca”

Ekspert əmindir ki, yaxın zamanlarda bütün səylər məhz referendumun keçirilməsinə sərf olunacaq. Hazırda həm Suriyada, həm də İraqda Türkiyə Silahlı Qüvvələri var ki, bu da Türkiyə hüdudlarından kənarda olan və döyüş bacarığı olan hissə və bölmələrdə səpələnməyə səbəb olur.

Gərgin vəziyyəti nəzərə alsaq, hər ehtimala qarşı, döyüş qabiliyyətli hissələrin Türkiyə sərhədlərindən kənarda yox, onun ərazisində olması daha yaxşı olar.”, - deyə Avatkov bildirib.

Hər 2 ekspert “Fərat Qalxanı” əməliyyatının həqiqətən də sona çatması barədə həmfikirdir, çünki adıçəkilən əməliyyat əvvəlcədən razılaşdırılmış hədəflə planlaşdırılmışdı. Lakin, Türkiyə hər an yeni əməliyyatın həyata keçirilməsinə başlaya bilər, özü də ki, yeni əməliyyatın tamamilə fərqli məqsədləri ola bilər.

Ərdoğan effektiv şəkildə regionda qarşısına qoyulmuş hədəfləri yerinə yetirən bilən döyüş qabiliyyətli ordusunun olduğunu nümayiş etdirir. O, “Fərat Qalxanı” əməliyyatını uğurla sona çatdırdığını, lakin, məsələn, İŞİD-lə yanaşı, kürdlərə də qarşı “Fərat Qılıncı” əməliyyatına başlaya biləcəyinə işarə edir.”, - deyə Asafov hesab edir.

  

Məqsədlər və vasitələr

Xatırladaq ki, Türkiyə ordusu 2016-cı ilin avqust ayının 24-ü “Fərat Qalxanı” əməliyyatına başlamışdı. Anti-terror kampaniyasının hədəfi İŞİD və “Türkiyə üçün təhlükə olan Suriya kürdlərinin terror qruplaşmalarına” qarşı mübarizə olub. Suriya müxalifətinin dəstəyi ilə Suriyanın şimalında Azəz, Cərablus və əl-Bab da daxil olmaqla, bir sıra yaşayış məntəqələri nəzarət altına alınıb.

Fevral ayının sonunda Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Hülusi Akar bildirmişdi ki, əl-Bab şəhərinin İŞİD terrorçularından azad edilməsi əməliyyatın ən əvvəlində qarşıya qoyulmuş hədəfin yerinə yetirilməsi mənasını verir. Akar qeyd edib ki, Türkiyə gücü çatan qədər vəziyyətin normallaşdırılması və əhalinin şəhərə təhlükəsiz şəkildə geri qaytarılmasına yardım edəcək.

Tərcümə  İslamazeri.com portalına məxsusdur.


“Ehtiyatlı çıxış”: Türkiyənin Suriya əməliyyatının sona çatmasının pərdəarxası - ANALİZ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Hindistan hərbçiləri 6 pakistanlını qətlə yetiriblər, xeyli yaralı var
    Kəşmir sərhədində Hindistan ordusunun açdığı atəş nəticəsində dinc sakinlər həlak olub.
     22.09.2017
    Emmanuel Makron mübahisəli əmək qanununu imzalayıb
    Həmkarlar ittifaqları və müxalifətin etirazlarına baxmayaraq yeni məşğulluq qanunun qüvvəyə minməsi barədə sərəncam imzalayıb.
     22.09.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ