1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:13.03.2017 17:32:11

Hadisə baş verən an zibillik ərazisində təxminən 150 nəfər insan var idi.

İslamazeri.az-ın “Associated Press”-ə istinadən verdiyi xəbərə əsasən, Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərinin yaxınlığındakı zibilxanada baş verən uçqun nəticəsində 50 nəfər həlak olub, 28 nəfər isə yaralanıb.

Şəhər rəhbərliyinin məlumatına əsasən, dünyasının dəyişənlərin əksəriyyəti qadın və uşaqlardır.

Qeyd edək ki, məlum zibilxana 50 ildən çoxdur ki, mövcuddur. Son illər zibil ayrı bir əraziyə aparılmağa başlasa da, həmin ərazidə uzun müddətdir yaşayan fermerlər yeni zibilxananın yaradılması haqda qərara etiraz ediblər. Bundan sonra zibil yenidən şəhər kənarına gətirilməyə başladı ki, bu da məlum qəzaya səbəb oldu.

Hadisə baş verən an zibillik ərazisində təxminən 150 nəfər insan var idi. Xilasedicilər 37 nəfəri sağ çıxara biliblər, onlarla insan hələ də dağıntılar altındadır.


Efiopiyadakı zibilxanada faciəvi qəza: 50 ölü

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  •  Tbilisi “Cümə” məscidində bayram namazı - FOTO
    Gürcüstanın bir çox məscidlərində olduğu kimi bu gün Tbilisi “Cümə” məscidində də bayram namazı qılındı.
     26.06.2017
    Sahil qəsəbəsindəki Fatimeyi Zəhra (s.ə) məscidində bayram namazı - FOTO
    Bakının Sahil qəsəbəsindəki "Fatimeyi Zəhra" məscidində Hacı Fazil İmanlının imamətliyilə fitr bayramının namazı qılınıb. İslamazeri.com xəbər verir ki, bayramda çox sayda inanclı iştirak edib.
     26.06.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ