EURO 1,9267 NEFT 68,08
USD 1,7 RUB 0,0258
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:09.11.2018 14:50:14

Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib.

Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib. Həmin avtomobillərin sürücləri üçün paytaxt ərazisində rahat hərəkət etmələri üçün müxtəlif istiqamətlər müəyyənləşdirilib. Noyabrın 15-dən sonra isə nəzərdə tutulan yollardan kənara çıxan sürcülər cərimələnəcək.

Bununla yanaşı,sürücülərə Paytaxta cənub girişdən, Lökbətan dairəsi-Sulutəpə qəsəbəsi-Binəqədi yolu, Mehdiabad yolu-Balaxanı-Zabrat yolu, şimaldan isə Sumqayıt yolu - Biləcəri qəsəbəsi və Baksol yoluna daxil olmaqla tikinti materaialları satılan Ziya Bünyadov prospektinə getməyə icazə verilir. Sürücülər həmçinin "Çermet" körpüsünün altı, Ziya Bünyadov prospekti, Koroğlu metrostansiyası istiqamətində tunelin üstü, Ziya Bünyadov prospektindən - Ələsgər Qayıbov və Xalqlar Dostluğu küçələrinə ,Mərdəkan -Şüvəlan yolu,Qala-Türkan -Pirallahı yolu,Hövsan -Yeni günəşli-Mehmandarov küçəsi-Neapol dairəsi yolundan da istifadə edə bilərlər.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyir ki, 2015-ci ildə Nazirlər Kabinetinin ''Yol Hərəkəti Komissiyası''nın qərarı ilə kütləsi 5 tondan çox olan yük avtomobillərinə paytaxa səhər saat 7:30-dan 20:00-a qədər giriş qadağan edilib.Noyabrın 15-dən sonra qaydaları pozan yük avtomobilləri dərhal kameralar tərəfindən qeydiyyata götürüləcək.

Müəyyənləşdirilən marşurutdan kənara çıxan sürüclər isə 40 manat miqdarında cərimə olunacaqlar. (Xəzər TV)


DYP xəbərdarlıq etdi: “Noyabrın 15-dən...” - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Sabahın hava proqnozu
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabaha gözlənilən hava proqnozunu açıqlayıb.
     16.11.2018
    Azərbaycanda spirtli içki və tütün məmulatları bahalaşıb
    Bu ilin oktyabr ayında Azərbaycanda spirtli içkilər sentyabr ayına nisbətən 1,8% bahalaşıb.
     16.11.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ