EURO 1,9288 TRY 0,311
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:10.03.2019 14:29:17

O, Yaponiya sakinidir.

İslamazeri.com-un “euronews”-a istinadən verdiyi xəbərə əsasən, Yaponiya sakini Kane Tanaka rəsmi şəkildə dünyanın ən yaşlı sakini elan edilib.

2019-cu il Martın 9-u onun 116 yaş 66 günü tamam olub.

Heç bir şübhə doğurmayan sənədlərə əsasən, o, 1903-cü il 2 Yanvar tarixində Yaponiyanın Fukuoka prefekturasında vaxtından qabaq dünyaya göz açıb. O, ailənin 7-ci övladı idi.

1922-ci ildə ailə həyatı quran Kanenin 4 övladı olub, daha 1 uşağı isə övladlığa götürüb.

Onun əri və oğullarından biri 2-ci Dünya Müharibəsi zamanı cəhbədə həlak olublar.

O, pensiyaya çıxanadək, ərindən ona miras qalmış ərzaq dükanında işləyib.

103-cü yaşında ikən onda bağırsaq xərçəngi aşkar edilir, lakin o, uğurlu əməliyyatla bundan xilas olur.

Onun sözlərinə görə, uzunömürlülüyünin sirlərindən bəziləri yaxşı yuxu və solmayan ümiddir.


Dünyanın ən yaşlı sakini: Sirrim - yaxşı yuxudur!

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ərdoğan: Alçaq, cavab verəcəksən!
    Ərdoğan terrorçu Brenton Tarranta səslənib.
     22.03.2019
    Ayətullah Xamenei: Avropa bizimlə pis, acı zarafat etdi
    İranın Ali lideri nüvə sazişi ilə bağlı danışıb.
     22.03.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ