EURO 1,9062 NEFT 51,38
USD 1,702 RUB 0,03
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:18.05.2017 13:25:54

Dünyanın ən varlı insanlarının ABŞ siyasətinə görə pul itirdiyi bəlli oldu.

İslamazeri.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, dünyanın 500 ən varlı insanı ötən günün müzaidəsinin nəticəsinə əsasən ABŞ-dakı siyasi qeyri-müəyyənliyə görə 35 milyard dollar itiriblər. Bu haqda “Bloomberg Billionaires Index”-in (BBI) verdiyi məlumatda deyilir.

“New York Times” qəzeti çərşənbə axşamı günü iddia edib ki, ABŞ Prezidenti Donald Tramp Federal Təhqiqatlar Bürosunun (FTB) eks-direktoru Ceyms Komidən prezidentin milli təhlükəsizlik üzrə keçmiş yardımçısı Maykl Flin barədə başladılan araşdırmanı dayandırmağı istəyib. Lakin Ağ ev bu məlumatı təkzib edib. Bu xəbər dərc edilməmişdən bir gün öncə isə “Washington Post” qəzeti bildirmişdi ki, Tramp Rusiya xarici işlər naziri Sergey Lavrovla İŞİD terror təşkilatı barədə olduqca gizli məlumatla bölüşüb. Ağ Ev bu xəbəri də yalan adlandırmışdı. Bu xəbərlərin fonunda dünya şirkətlərinin qiymətli kağızları dəyərdən düşməyə başlayıb.

Dünyanın ən varlı insanı, “Microsoft” IT-korporasiyasının qurucularından biri Bill Qeyts 1,01 milyard dollar itirib, çünki “Microsoft”un səhmləri 2,8 faiz dəyər itirib, bu da şirkət səhmlərinin cari il ərzindəki ən böyük düşüşü olub. Qeyd edək ki Bill Qeytsin 86,8 milyard dolları var.

“Amazon.com” online-satış platformasının qurucusu Ceff Bezos isə adıçəkilən şirkət səhmlərinin düşüşünə görə 1,71 milyard dollar kasıblayıb. Ceff Bezosun isə 81,9 milyard dollar sərvəti var.

“Zara” geyim brendinin qurucusu Amansio Ortegi 335 milyon dollar itirib. Amansio Orteginin mal varlığı isə 83,2 milyard dollardır.

Dünyanın 5 varlı ən insanının siyahısına “Facebook” sosial şəbəkəsinin qurucusu Mark Zukerberq və “Berkshire Hathaway” şirkətinin başçısı Uorren Baffet də daxildir. Onlar isə müvafiq olaraq 2,03 milyard və 852 milyon dollar itiriblər. Zukerberq 62,3 milyard və Baffet isə 72,7 milyard dolların sahibidir.

Qeyd edək ki, milyarderlərin ümumi “var-dövləti” 4,9 milyard dollardır ki, bu da öyən ilki göstəricilərlə müqayisədə 457 milyar dollar azdır.

Xatırladaq ki, BBI indeksi hər gün səhmlərin dəyəri və şirkətlərin hesabat məlumatlarının əsasında hesablanır.


Dünyanın ən varlı insanları ABŞ-a görə “kasıbladı”

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Fransanın yeni prezidenti: Fələstini qəbul etməyəcəyəm!
    Fransanın yeni prezidenti Fələstinə olan baxışını dilə gətirib.
     26.05.2017
    Azərbaycan tütün idxalını artırıb
    Ölkəyə idxal olunmuş tütün və tütün məmulatları ümumi idxalın 2,1%-ni təşkil edib
     26.05.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ