EURO 1,8484 NEFT 52,38
USD 1,7022 RUB 0,0304
  1. http://www.islamazeri.com/
  2. TƏHLİL
  3. ARAŞDIRMA

Kateqoriya : TƏHLİL

ARAŞDIRMA

Yayınlanma tarixi:16.12.2016 17:41:07

İslamazeri.az tarixin ən mənasız və qeyri-adi müharibələri haqqında araşdırmanı təqdim edir...

İnsan sivilizasiyası yaranan kimi müharibələr də yarandı. Onlar müxtəlif səbəblərə görə başlayır, bir müddət davam edir və çox vaxt da bütöv bir xalqların yox olmasına səbəb olurdu. Lakin bəzən də çox mənasız şeylər müharibələrə səbəb olub. Bu yazıda biz məhz bu cür qəribə və cəfəng müharibələr haqda söz açacağıq.

İslamazeri.az həmin müharibələri öz oxucularına təqdim edir.

1. EMU ilə müharibə

Emu Avtstraliyada yaşayan və uça bilməyən bir quş növüdür. Əvvəllər onları strauslara aid edirdilər. 1932-ci ildə bu quşların kontingentdəki sayı 20 minə çatırdı. Nəyəsə görə bu quşlar Avstraliya ordusu tərəfindən təhlükə mənbəyi kimi dəyərləndirilmişdi və buna görə də ordu Emulara “müharibə” elan etdi. Bir həftə ərzində əli avtomatlı dəstələr bu quşları ovlayırdılar. Bu zaman ərzində 2500 Emu öldürülmüşdü. Bundan sonra əsgərlər demək olar ki, müdafiəsiz olan “düşməni” öldürməkdən imtina etdilər. Bir şeyi də qeyd edək ki, emulara bir neçə güllə dəydikdən sonra, onlar hətta hərbçilərdən də daha cəld qaça bilirdilər.

2. Dnestryanı münaqişəsi

SSRİ-nin dağılması onun ərazisində bir çox münaqişələrə səbəb olub. 1992-ci ilin ən qaynar nöqtələrindən biri də Dnestryanı olmuşdu. 4 ay boyunca iki ordu gündüzlər bir-birilərinə atəş açır, gecələr isə hər iki tərəfdən olan əsgərlər neytral ərazidə toplaşaraq bir-birilərinin sağlığına və dostluğa badə qaldırırdılar. Bu münaqişənin bütün iştirakçıları bu müharibəni ən qəribə və ən məsasız müharibə hesab edirdilər. Lakin buna baxmayaraq, bu müharibə 1300 insanın ölümünə səbəb olub.

3. Salvador Hondurasa qarşı

1969-cu ildə Honduras və Salvador arasında futbol matçı baş tutdu. Salvador komandası Hondurasa məğlub oldu. Bu məğlubiyyət iki ölkə arasındakı gərgin münasibətlərin fonunda “son damcı” rolunu oynadı. İyun ayının 14-ü məğlub olan tərəf - Salvador Honduras ərazisinə soxuldu. 4 gün davam edən müharibə, Amerika Dövlətləri Təşkilatının məsələyə qarışması ilə sona çatdı. Bu qısa zaman kəsiyi ərzində 3 min nəfər həlak oldu. Ölənlərin əksəriyyəti Hondurasın dinc sakinləri oldu.

4. Ən uzun çəkən müharibə

1651-ci ildə Hollandiya Silli adasına müharibə elan etdi. Adıçəkilən ada Böyük Britaniyanın cənub-qərb sahilində yerləşir. Müharibənin nəyə görə başladığını hazırda heç kəs xatırlamır.  Sözün düzü, edilmiş elandan sonra heç hərbi əməliyyatlar da başlamadı. Müharibənin davam etməsi təkcə 1986-cı ildə yada düşdü. Və elə həmin il də müharibə rəsmi şəkildə başa çatdı. Bir nəfərin belə ölümünə səbəb olmayan bu “münaqişə”  dünyanın ən uzun davam edən müharibəsi kimi tarixə düşdü.

5. Bolqarıstan Yunanıstana qarşı

Birinci Dünya Müharibəsindən sonra Yunanıstanla Bolqarıstan arasında olan münasibətləri “isti” adlandırmaq olmazdı. İki ölkə arasında vəziyyət xüsusən də Petriç rayonunda gərgin idi. 1925-ci ilin oktyabr ayının 22-si məhz burada faciə baş verdi. Küçə itinin arxasınca düşən yunan əsgər Bolqarıstanın ərazisinə daxil olur və elə oradaca yerli hərbçilər tərəfindən güllələnərək öldürülür. Bu hadisədən sonra yunanlar müharibə elan edir və növbəti gün Petriçə soxularaq 50-dən çox bolqar sərhədçini öldürdülər. Millətlər Liqasının təzyiqi ilə Yunanıstan 10 gün sonra müharibəni sona çatdıraraq öz qoşunlarını oradan çıxartdı və təzminat kimi Bolqarıstana 45 min fint pul ödədi.

6. Paraqvay hamıya qarşı

Paraqvay Prezidenti olmuş Fransisko Solano Lopes özünü Napoleonla bir tuturdu.  O özünü çox gözəl sərkərdə hesab edirdi. Və Lopes bu “istedadını” nümayiş etdirmək üçün 1864-cü ildə eyni anda Argentina, Braziliya və Uruqvaya müharibə elan etdi. 6 il davam etmiş Dünyanın ən mənasız müharibəsində 400 mindən çox insan həyatını itirdi. Paraqvay demək olar ki, kişi əhalisinin 90 faizini bu zaman ərzində itirdi.

7. Vedrə uğrunda döyüş

Bildiyimiz kimi əvvəllər İtaliya şəhər-dövlətlərdən ibarət idi. 1325-ci ildə Modena əsgərləri Bolonyaya etdiyi basqın zamanı oradakı quyulardan birinə aid olan taxta vedrəni oğurlayıblar. Adi bir vedə iki şəhər-dövlət arasında 12 il çəkmiş müharibəyə səbəb oldu. Həmin qənimət “vedrə” bu gün də Modenadakı muzeydə qalmaqdadır.

8. Lijar və Fransa

Siyahının sonuncu döyüşü haqqında məlumat verməzdən öncə  qeyd edək ki, Lijar İspaniyanın Almeriya əyalətində yerləşən yaşayış məntəqəsidir.

İspaniya kralı olmuş XII Alfons vəfatından 2 il öncə, yəni 1883-cü ildə Fransaya səfər etmişdi. Səfər zamanı Fransa hökumətinin səhlənkarlığı ucbatından kral təhqirə məruz qalır. Bu hadisə Lijar sakinlərinə o qədər toxunur ki, qəsəbənin bütün 300 sakini şəhər meri olmuş don Migel Qarsiye Sayezin başçılığı altında Fransaya müharibə elan edir. Nəhayət ki, 93 il sonra, 1981-ci ildə şəhər şurası müharibəyə son qoyur və Fransanın İspaniya kralı Xuan Karlosa göstərmiş olduğu səmimi qəbula görə rəsmi Parislə sülh sazişi bağlayır.


Dünyanın ən qəribə və mənasız müharibələri - ARAŞDIRMA

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda biznesmenin itlərinə dəbdəbəli toy etdiyi bildirilir - VİDEO
    Goranboy rayonunda yaşayan tanınmış biznesmen Qalib Musatafayevin Amon və İsida adlı cins itlərinə toy etdiyi bildirilir.
     24.04.2017
    Məktəb direktorunun faciəli ölümünün təfərrüatı
    6-cı mərtəbəsindəki mənzilinin pəncərəsindən yıxılaraq ölüb.
     24.04.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ