EURO 1,8999 NEFT 45,54
USD 1,7022 RUB 0,0285
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TEXNOLOGİYA

Kateqoriya : XƏBƏRLƏR

TEXNOLOGİYA

Yayınlanma tarixi:01.06.2017 12:22:10

Dünyanın ən böyük təyyarəsi nümayiş etdirildi.

İslamazeri.com rus mediasına istinadən verdiyi xəbərə əsasən, dünyanın ən böyük nəqliyyat təyyarəsi ilk dəfə olaraq ABŞ-ın Kaliforniya ştatının Mohave səhrasında yerləşən anqarı tərk edib. Həmin təyyarə daşıyıcı-raketləri buraxmaq qabiliyyətindədir. Bu haqda təyyarənin hazırlanması ilə məşğul olan “Stratolaunch” şirkəti məlumat verib.

Təyyarənin qanadlarının kənar nöqtələri arasındakı məsafə 117 metrdir, çəkisi isə 230 tondur. 15 metr hündürlüyündəki layner 28 təkərdən ibarət şassi ilə təchiz edilib. Hava gəmisinin texniki göstəriciləri ona 250 ton ağırlığında yük daşımağa imkan verir.

Təyyarədən “Pegasus XL” daşıyıcı-raketlərinin buraxılması üçün hava platforması kimi istifadə ediləcəyin planlaşdırılır. Təyyarə ən aşağı yerətrafı orbitə yüklər daşıyacaq. İlkin mərhələdə layner 1 raket daşıyacaq, lakin gələcəkdə raketlərin sayı 3-dək artırıla bilər.

Şirkətin baş idarəçisi Cin Floydun sözlərinə görə, yaxın zamanlarda Mohavedə təyyarənin yerüstü sınaqları keçiriləcək, ilk nümayiş uçuşu isə 2019-cu ilə planlaşdırılıb.

Qeyd edək ki, “Stratolaunch” 2011-ci ildə Pol Allen - “Microsoft” korporasiyasının qurucularından biri tərəfindən qurulub.


Dünyanın ən böyük təyyarəsi anqardan çıxarıldı - ƏTRAFLI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • "Onlar istehlakçıların hüquqlarını pozmaqla məşğuldurlar."
     24.06.2017
    Afrikadakı İslam Respublikasında da Qüds günü qeyd edilib
    İslamazeri.com "Al Alam"a istinadən Afrikada yerləşən müsəlman dövləti Mavritaniyada keçirilən Qüds günü ilə bağlı yürüyüş və tədbirlərdən fotoları təqdim edir.
     24.06.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ