EURO 1,8961 TRY 0,2902
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:28.06.2019 12:25:36

İspaniyanın İbiza adasında 22 yaşlı azərbaycanlının 1 milyon dollardan artıq dəyəri olan saatı oğurlanıb

İspaniyanın İbiza adasında 22 yaşlı azərbaycanlının 1 milyon dollardan artıq dəyəri olan saatı oğurlanıb, media bildirir.

Məlumatlara əsasən sahil kənarında dostu ilə gəzintiyə çıxan şəxsə yaxınlaşan oğru onu bir neçə dəfə itələdikdən sonra saatı ələ keçirərək hadisə yerini tərk edib.

Daily Mail nəşri yazır ki, oğurlanan Richard Mille 50-03 McLaren F1 saatının dünyada cəmi 75 ədədi mövcuddur.

Bir çoxları üçün saatın qiymət yarlığı (2.33 mln AZN) əlçatmaz görünsə də, lüks saatlar dünyasında onun qiyməti o qədər də yuxarı deyil.

İslamazeri.com xəbər verir ki, BBC News Azərbaycanca bahalı saatlar aləminə nəzər salıb. İcmalın elmi dəqiqliyə iddiası yoxdur və bu yazıda sadəcə bəzi bahalı saatlar bir araya gətirilir.

Richard Mille 50-03 McLaren F1 - 2,33 mln. AZN

Daily Mail nəşri yazır ki, İspaniyanın İbiza adasında oğurlanan Richard Mille 50-03 McLaren F1 saatının qiyməti 2,33 mln. manatdır.

Məlumata görə, saatın dünyada cəmi 75 ədədi mövcuddur.

Richard Mille şirkətinin saytında qrafenin istifdəsilə hazırlanan "50-03 McLaren F1"modeli dünyanın ən yüngül saatı adlandırılır.

Onun kəmərlə birlikdə çəkisi 38 qram təşkil edir.

Breguet Grande Complication Marie-Antoinette - 54.19 mln. AZN

Breguet Grande Complication Marie-Antoinette saatı tarixi dəyərinə görə xüsusi yer qazanıb.

Onun qiyməti 54.19 mln. manatdır.

Bu, saatı 1783-cü ildə Fransa kraliçası Marie-Antoinette-in sevgilisi əfsanəvi usta Abraham-Louis Breguet-ə sifariş etmişdi.

O buraxılanda ən qabaqcıl mexaniki saat hesab olunurdu.

Hazırda saat İsraildə, L.A Mayer adına İslam incəsənəti muzeyində saxlanılır.

"Graff Diamonds Hallucination" - 93.78 mln. AZN

"Graff Diamonds Hallucination" saatının astronomik qiyməti xüsusi mexanizmindən daha çox özünün zərgərlik dəyərilə izah oluna bilər.

Platindən hazırlanan qolbaq əlvan brilyantlarla bəzədilib.

Ablogtowatch.com saytına görə, bu əsərin hazırlanmasına minlərlə saat vaxt sərf olunub.

O ilk dəfə Baselworld-2014 sərgisində nümayiş etdirilib.

"Bu saat mənim brilyant arzumu çin etdi", - saatı hazırlayan Graff Diamonds şirkətinin başçısı Laurence Graff deyib.

"Patek Philippe Ref. 1518" - 19.25 mln. AZN

2016-cı ildə "Patek Philippe Ref. 1518" saatı İsveçrədə keçirilən Geneva Watch Auction hərracında 11 milyon isveçrə frankına (19.25 mln. AZN ) satılıb.

Dünyada bu saatın cəmi 4 nüsxəsi mövcuddur.

"Ref. 1518" İsveçrənin Patek Philippe şirkəti tərəfindən istehsal edilən polad bağlı və daimi təqvimli ilk seriyalı modeli olub.

Louis Moinet Meteoris - 8,184 mln. AZN

Qiyməti 4.8 milyon dollar olan bu saatın siferblatında, yəni rəqəmlər olan üz lövhəciyin altında əsl meteorit daşından istifadə olunub.

Nadir saat yalnız dörd nüsxədə buraxılıb.

Franck Muller Aeternitas Mega 4 - 3,89 mln. AZN

Aeternitas Mega 4 saatının mexanizmi 1,483 tərkib elementi bir araya gətirir.

O ən mürəkkəb mexanizmlərdən biri ilə təchiz olunub.

Saatın təqvimi min ili əhatə edir.


Dünyanın bahalı və nadir saatlarına bir baxış - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Xəzərdə zəlzələ
    Bu gün Xəzər dənizində zəlzələ oub.
     22.10.2019
    Porokurorluq: Netanyahu rüşvət almadığını sübut etməyib, Mandelblitt onu istefaya göndərə bilər
    İsrail hökümətinin hüquq müşaviri Netanyahunun istefasını tələb edə bilər.
     22.10.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ