EURO 1,9267 NEFT 67,16
USD 1,7 RUB 0,0258
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MƏDƏNİYYƏT

Kateqoriya : XƏBƏRLƏR

MƏDƏNİYYƏT

Yayınlanma tarixi:16.12.2017 17:05:33

"Azərkitab" Kitab Təbliğatı Mərkəzində "İpəkdə yaşayan izlər - 55" adlı sərgi çərçivəsində dünyada ilk ipək kitab "Qurani-Kərim"in təqdimatı olub.

"Report"un məlumatına görə, üç il müddətində hazırlanan "Qurani-Kərim" kitabında surələr qara şəffaf ipək üzərində qızılı və gümüşü boyalarla yazılıb.

Sərginin açılış mərasimində çıxış edən ilk ipək kitabın müəllifi, gənc rəssam Tünzalə Məmmədzadə bildirib ki, kitabın ölçüsü 29 x 33 santımetrdir. İpək kitabın hazırlanmasında 50 metr parçadan, üz qabığında isə dəri materialından istifadə olunub. Kitab 614 səhifədən ibarətdir.

Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev bildirib ki, T.Məmmədzadə ölkədə dekorativ tətbiqi sənətlə təsviri sənəti sintez edərək, şəffaf ipək üzərində rəsm əsərləri yaradan ilk rəssamdır. O, bu işin əsasını qoyaraq inkişaf etdirib, ölkəmizdə və xaricdə tanımaqla yanaşı, gənc rəssamlara da öyrədib.

Sərgidə həmçinin gənc rəssamlar Elmar Məmmədzadə və Türkan Məmmədzadənin şəffaf ipək üzərində işlənmiş rəsm əsəri və təkəlduz tabloları təqdim olunub.


Dünyada ilk ipək kitab "Qurani-Kərim"in təqdimatı olub - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Kafirlərin müsəlmanlar üzərində olan PLANI - Ayətullah Behcətin dilində...
    "Onlar ilk öncə dinimizi əlimizdən alır, daha sonra isə sərvətimizi talan edirlər."
     17.11.2018
    Deputat: Enerji içkiləri cəmiyyətimizdə bir bəlaya çevrilib
    O, qeyd edib ki, artıq cəmiyyətdə gənclər, yeniyetmələr, azyaşlılar bu növ içkilərin aludəçilərinə çevriliblər
     17.11.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ