Araşdırmalara görə, dünyada baş verən ölümlərin 11%-i tütün məmulatlarına görədir.

İslamazeri.com Press TV-yə istinadən xəbər verir ki, araşdırmada 195 ölkə 1990-2015ci illər arasında nəzərə alınıb.
Araşdırmalara görə, 2015-ci ildə hər 4 kişidən və hər 20 qadından biri siqaretdən istifadə edib.
Araşdırmanı həyata keçirən Dr. Emanuel Qakido bildirib: “2015-ci ildə qeydə alınan statistikaya görə, dünyada həyatını itirənlərin 11.5%-inin ölüm səbəbi tütün məmulatlarından istifadə olmuşdur. Bu rəqəmin 52.2%-i ABŞ, Rusiya, Çin və Hindistanda qeydə alınıb.”
Dünyada baş verən ölümlərin 10 faizdən çoxu tütün məmulatlarına görədir