EURO 2,0032 NEFT 63,42
USD 1,7001 RUB 0,0289
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:10.01.2017 19:38:29

İranlı general Qasim Süleymani, "Hizbullah" və "Ənsarullah" liderləri, Suriya prezidenti Bəşər Əsəd, QMİ sədri Allahşükür Paşazadə və Ayətullah Əmini Rəfsəncanilə bağlı başsağlığı ünvanlayıb...

İslamazeri.az-ın “Al Ahd”-ə istinadən verdiyi xəbərə əsasən, dünya şöhrətli siyasətçilər İran İslam Respublikasının sabiq prezidenti Ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin vəfat etməsi ilə əlaqədar bu ölkənin Ali Rəhbəri Ayətullah Seyid Əli Xamneiyə başsağlığı veriblər.

İslamazeri.az-ın “Farsnews”-a istinadən verdiyi xəbərə əsasən, İranlı general Qasim Süleymani Ayətullah Rəfsəncaniylə bağlı fikirlərini bölüşüb. İlk öncə Ayətullah Xameneiyə başsalığı verən Süleymani deyib: “Ən böyük zərbə Rəhbərimizə dəyidi. Allah ona uzun ömür və səbr əta etsin və bizim üçün qorusun. Ayətullah Haşimi Rəfsəncani əvvəldən axıra olduğu kimi qaldı. İlk günlərdə sahib olduğu vəziyyət, son günlərində də var idi. Lakin bəzən müəyyən taktikalardan istifadə edirdi, necə ki, müxtəlif vaxtlar bunu edirdi. Bütün bunlara baxmayaraq o həm imperialist qüvvələrə, həm də Sionist rejiminə düşmən idi.”

Bu xəbərə münasibət bildirən “Hizbullah” lideri Seyid Həsən Nəsrullah deyib: “Biz, islam ümmətinin böyük şəxsiyyətlərindən birini itirdik. O daim müqavimətin dəstəkçisi olmuşdur. O mehriban ata kimi, ağır zamanlarda müqaviməti müdafiə etmişdir. Biz onun xidmətlərini heç vaxt unutmayacağıq. O bizim sevincimizə sevinər, kədərimizə kədərlənərdi. İmam Xameneiyə başsağlığı deyirəm.”

Yəmənin “Ənsarullah” hərəkatının rəhbəri Əbdülməlik əl-Husi də öz növbəsində bildirib: “O, İran İslam İnqilabının mücahid şəxiyyətlərindən olmuşdur. Ayətullah Rəfsəncaninin müsəlmanların İsrail və ABŞ-ın hiylələri önündə vəhdəti üçün çoxlu zəhmətləri olmuşdur.”

Məsələyə münasibət bildirən Suriya Prezidenti Bəşər Əsəd də, Ayətullah Xameneiyə və İran xalqına bu itkiylə bağlı başsağlığı ünvanlayıb.

İslamazeri.az "Qafqazislam.com"-a istinadən xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə də başsağlığı məktubu ünvanlayıb. Məktubda deyilir:

"Qardaş İran İslam Respublikasının sabiq prezidenti Ayətullah Haşimi Rəfsəncaninin vəfatı haqqında xəbər bizləri hədsiz sarsıtdı. Azərbaycan müsəlmanları və şəxsən öz adımdan Sizə, mərhumun ailəsinə və yaxınlarına, bütün İran xalqına dərin hüznlə başsağlığı verir, Uca Allahdan rəhmət diləyirəm.

Ayətullah-üzma Xomeyninin dəyərli ardıcıllarından olan Ayətullah Haşimi Rəfsəncani öz adını İran İslam Respublikasının şanlı tarixinə həkk etdirməyə qadir olmuş dəyərli şəxsiyyətlərdən idi. Üzun illər ərzində fəaliyyəti ağayi Rəfsəncanini müdrik dövlət və din xadimi kimi səciyyələndirir. Bu müdrik şəxsiyyətin İran və Azərbaycan xalqları və dövlətləri arasında əlaqələrin yuksək səviyyəsi üçün səy və əməlləri heç bir vaxt xatirimizdən silinməz. Azərbaycan müsəlmanları bu ağır itkinin kədərini Sizlərlə bölüşürlər, məscidlərdə Quran oxunur, mərhumun ruhuna dualar edilir.

Möhtərəm Ali Dini rəhbər! Həzrətlərinizə dərin ehtiramımızı yetirərək, Allah-Təaladan İslamın rifahı naminə gördüyünüz bütün işlərdə Sizə yardımçı olmasını diləyirəm. Bir daha səmimi başsağlıqlarımızı qardaş İran xalqına yetirir, Uca Allahdan Öz Lütf və Mərhəmətini hər zaman bizim xalqlarımız və dövlətlərimiz üzərində bərqərar etməsini diləyirəm!
Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu!"

İslamazeri.az-ın “Tasnimnews”-a istinadən verdiyi xəbərə əsasən, Ayətullah İbrahim Əmini başsağlığı bəyanatında bildirib: “Sənin ölümünlə bağlı xəbəri mənə çatdırdılar. Allah bilir ki, bu müsibət mənim üçün nə qədər üzücü idi. Saatlarla ağladım. Sizi daim diri hesab edirəm, çünki inqilabımız diridir. Siz inqilab zamanı həbs, sürgün və işgəncə olundunuz, lakin İmam Xomeyninin yanından uzaqlaşmadınız. Bütün dünyanı inqilabımıza fəda etdin. Behiştidən daha çox zülmə məruz qaldın. Bütün bunlara səbr edərək deyirdin: “Səbr etməyim nə edim? Səbr etməsəm inqilabımız zərbə alar”. Allahdan sizin üçün uca məqam, ailəniz üçün səbr diləyirəm. Allah amanında, İranın böhranlı və çətin zamanlarının yoldaşı. Mənim salamımı İmam Xomeyniyə və şəhid olan dostlarımıza çatdır. Mənim də sizə qovuşmağıma çox qalmayıb.”


Dünya şöhrətli siyasətçi və alimlər Ayətullah Rəfsəncaninin ölümüylə bağlı başsağlığı verib - ƏTRAFLI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda
    Dələduzluq yolu ilə insanları aldadan, bununla da zərərçəkənlərin külli miqdarda pulunu mənimsəyən şəxsin tutulması istiqamətində polis əməkdaşları tərəfindən növbəti əməliyyat tədbiri həyata keçirib.
     15.12.2017
    Proses dekabrın 22-də davam etdiriləcək
     15.12.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ