1. http://www.islamazeri.com/
  2. TƏHLİL
  3. ARAŞDIRMA

Kateqoriya : TƏHLİL

ARAŞDIRMA

Yayınlanma tarixi:19.09.2016 20:00:29

Aparıcı Qərb mətbu orqanları onlarla suriyalı hərbçinin ölümünə ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın "səhvi" kimi bəraət qazandırıblar.

İslamazeri.az-ın RİA-ya istinadən verdiyi xəbər əsasən, aparıcı Qərb mətbu orqanları onlarla suriyalı hərbçinin ölümünə ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın "səhvi" kimi bəraət qazandırıblar.

Dünya KİV-lərinin əksəriyyəti qeyd edirlər ki, Suriya ordusu şənbə günü koalisiya bombalarının altına təsadüfən düşüblər. Həqiqətdə isə İŞİD terror təşkilatı silahlıları hədəf olmalı idilər. Bununla belə, mətbuatı hava həmləsi və insanların ölümündən çox, onun nəticələri (aqibəti) maraqlandırır.

Almaniyanın "Der Spiegel" jurnalı təəssüf edir ki, hadisə "pis anda" baş verib və rəsmi Moskva ilə Vaşinqton arasında "ciddi ixtilafa səbəb olub".

"ABŞ-ın başçılıq etdiyi koalisiya, görünür ki, terrorçulara zərbə endirməyin əvəzinə, Suriya hökumətinin əsgərləri arasında səhvən qanlı qırğın törədib.", - Almaniyanın "Bild" saytı baş vermiş hadisəni belə şərh edib.

Bunun yanaşı bulvar qəzeti biraz təəccüblə Rusiya tərəfinin "qəzəbi" haqda yazır. Hansı ki, "hətta sülhün kəsilməsi ilə təhdid edir". Məqalədə  belə bir fikir səslənir ki, Moskvanın "ABŞ-a barmaq silkələməyə" haqqı yoxdur, çünki, nəşriyyat belə iddia edib ki, Rusiya təyyarələri (də) guya "üsyançılara və dinc sakinlərə" zərbələr endiriblər.

"Time" jurnalisti isə əmindir ki, "səhvən endirilən hava zərbəsi" Suriyadakı sülhə son qoya bilər. Nəşriyyat analitiklərin fikirlərini də gətirir. Onlar bildirirlər ki, həqiqətdə ABŞ Suriya hərbçilərini bombalaq istəmirdi, əksinə, onlara "kömək" etmək istəyirdi.

"Qəribədir ki, ABŞ, hökumət qüvvələrinin mövqelərinin yaxınlığında İŞİD-ə zərbələr endirib. Bunun havadan atəş dəstəyi olması haqda danışmaq olar", - Vaşinqton Atlantik Şurasının əməkdaşı Feysal İtani hesab edir.

"New York Times" ABŞ və Rusiya ilə yanaşı, Suriya hökumətinin də mövqeyini müfəssəl şəkildə verib. Orada qeyd edilir ki, Suriya hökuməti hadisəni "biabırçı aqressiya" adlandırıb və Vaşinqtonu terrorçular ilə əlbirlik etməkdə ittiham edib.

Vilson Mərkəzinin Yaxın Şərq üzrə analitiki Aaron Devid Millerin fikrincə, koalisiyanın hava zərbələri nəticəsində "onsuzda çətin olan vəziyyət daha da qəlizləşib". Bu insident Vaşinqtonun İŞİD-ə dəstək verməsi barədəki "ehtimal versiyasını" daha da qüvvətləndirir. Bundan əlavə Miller hesab edir ki, nəticədə sülhün pozulması üçün ilkin şərait yaranır.

"Bu bir səhvdir və Suriya ordusundakı qurbanların çoxluğu Rusiya ilə ABŞ arasındakı sazişin yerinə yetirilməsinin təmin edilməsinin mümkünsüzlüyü haqda danışır.", - deyə "The Independent" jurnalisti hesab edir. Bununla belə o əmindir ki, sülhün üzərindən xətt çəkmək üçün hələ tezdir.

"Washington Post" Ağ Evdəki bir nəfər yüksək rütbəli nümayəndəyə istinadən bildirir ki, Rusiya Federasiyası ilə ABŞ arasındakı Suriya üzrə sazişdə tərəflərin nə vaxtdan hərəkətləri koordinasiya edəcəklərinə dair "tarix" qeyd edilməyib.

Məmurun sözlərinə görə, Suriya hərbçilərinə endirilmiş zərbələrə və onun ardı ilə gəlmiş Moskva və ABŞ arasındakı "söz atışmasına" baxmayaraq, ABŞ "hələdə düşünür ki, sazişə sadiq qalmaq lazımdır və bunda (sazişə əməl etməkdə) irəliləmək olar".

Bununla yanaşı mətbu orqan qeyd edir ki, ABŞ təyyarələrinin bombardmanda iştirak edib-etməməyi hələ bilinmir. Koalisiyaya 67 ölkə daxildir və 10-dan çox ölkə hava zərbəsi endirməyə qadirdir"-, deyə məqalədə deyilir. Əməliyyatdakı iştirakını hələ ki, təkcə Avstraliya təsdiq edib.

Qeyd edək ki, Rusiyanın məlumatına əsasən, hava həmləsində ABŞ HHQ-sinə məxusus PUA da iştirak edib.


Dünya KİV-ləri: ABŞ təsadüf nəticəsində suriyalı hərbçilərə qarşı qırğın törədib - ARAŞDIRMA

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • ABŞ-da müsəlman icması bu yolla yoxsul ailələrə sevinc bəxş etdi
    ABŞ-ın Vokiqan şəhərini müsəlmanları ehtiyyacı olan ailələri sevindiriblər.
     16.08.2017
    Binəqədi, Mehdiabad və Novxanıya dörd milyon manat ayrılıb
    İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
     16.08.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ