EURO 1,923 NEFT 59,91
USD 1,7 RUB 0,0255
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TEXNOLOGİYA

Kateqoriya : XƏBƏRLƏR

TEXNOLOGİYA

Yayınlanma tarixi:06.12.2018 15:38:28

Onun sözlərinə görə, bank Azərbaycanda “yaşıl iqtisadiyyat”ın dəstəklənməsi üçün Koreya Yaşıl Artım Fondunun vəsaitlərini cəlb edə bilib.

Dünya Bankı “yaşıl iqtisadiyyat”ın müxtəli inkişaf variantlarını tədqiq etmək üçün Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlıq edir.

Bunu Trend-ə Dünya Bankının Bakıdakı nümayəndəliyinin rəhbəri Navid Həsən Naqvi deyib.

Onun sözlərinə görə, bank Azərbaycanda “yaşıl iqtisadiyyat”ın dəstəklənməsi üçün Koreya Yaşıl Artım Fondunun vəsaitlərini cəlb edə bilib.

N.Naqvi daha sonra bildirib ki, Azərbaycan Energetika Nazirliyi ilə alternativ enerji mənbələri ilə bağlı ilkin danışıqlar keçirilib:

“Hazırda konkret layihələr yoxdur, amma əgər hökumət külək və ya günəş enerjisi kimi alternativ enerji mənbələri ilə bağlı bankla əməkdaşlıqda maraqlıdırsa, biz dəstək göstərə bilərik”.

Qeyd edək ki, Azərbaycanda bərpa olunan enerji mənbələrinin potensialı 25,3 min meqavatt təşkil edir ki, bu da ildə 62,8 milyard kilovatt/saat elektrik enerjisi istehsal etməyə imkan verəcək.


Dünya Bankı Azərbaycanda alternativ enerjinin inkişafını dəstəkləməyə hazırdır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Xəzərdə zəlzələ
    Xəzərin Azərbaycan sektorunun şimal hissəsində 4,7 maqnitudalı zəlzələ baş verib
     17.12.2018
    Azərbaycan iqtisadiyyatı 1% böyüyüb
    Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) ötən ilin eyni dövrü ilə müqayisədə 1% artaraq 72 432,1 mln. manata çatıb.
     17.12.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ