EURO 1,8691 NEFT 51,35
USD 1,7201 RUB 0,0303
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SƏHİYYƏ

Kateqoriya : XƏBƏRLƏR

SƏHİYYƏ

Yayınlanma tarixi:24.02.2017 10:54:32

Spirtli içki ürək-damar xəstəliklərinin üzə çıxmasına yol açır.

Alkoqollu içkilərin müntəzəm və böyük miqdarda qəbulu arteriyaların sürətlə qocalmasına səbəb olur. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Amerika Kardiologiya Assosiasiyasının tədqiqatları xüsusən kişilərin alkoqoldan sürətlə qocaldığını ortaya qoyub.

Uzun illər ərzində kardioloqlar 3869 nəfəri (onların 70%-i kişidir) müşahidə ediblər. Xüsusən spirtli içki içmə stajı 25 ildən artıq olan şəxslər alimlərin nəzarəti altında olublar.

Müəyyən edilib ki, həftədə azı 112 qram etanol (1 litr pivədə 40 qram etanol var) qəbul edən şəxslərin arteriyalarının elastikliyi çox aşağı səviyyədə olub. Bu qan dövranının normal fəaliyyətinə mane olub və ürək-damar xəstəliklərinin üzə çıxmasına yol açıb. Bu fonda alkoqol qəbul edənlər sürətlə yaşlanıb, onlarda infarkt və insult hallarının sayının kəskin artımı müşahidə olunub.


Dünya alimləri: Spirtli içkilər infarkt və insult hallarını kəskin artırır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Husilər Səud şəhərlərini ballistik raketləri ilə atəşə tutdu
    Yəmənin "Ənsarullah" hərəkatı Səud şəhərlərini ballistik raketlərlə atəşə tutdu.
     28.03.2017
    Vəkil satirik şairlə görüşüb:
    Vəkil Elçin Sadıqov satirik şair Tofiq Həsənli ilə görüşüb.
     28.03.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ