EURO 1,9062 NEFT 52,15
USD 1,702 RUB 0,03
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TEXNOLOGİYA

Kateqoriya : XƏBƏRLƏR

TEXNOLOGİYA

Yayınlanma tarixi:14.02.2017 12:49:24

Qurucuların sözlərinə görə, uçan avtomobildə uçuş maksimal dərəcədə təhlükəsiz olacaq.

İslamazeri.az-ın “Khaleej Times”-a istinadən verdiyi xəbərə əsasən, bu günlərdə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “World Government Summit” keçirilir.Əmirliyin Yollar və Nəqliyyat İdarəsi tarixdə ilk olan uçan maşını təqdim edib.

Bu mükəmməl avtomobili Çinin “Ehang” şirkəti düzəldib. İstehsalçıların sözlərinə görə, AAV adlandırılmış bu avtomobil nəqliyyatın yeni və ekoloji təmiz növüdür. Bu nəqliyyat vasitəsindən qısa məsafələrdə sərnişinlərin daşınması üçün isifadə oluna bilər. Bu yenilik xüsusən də hərəkəti çətinləşdiyi, məsələn avtomobil tıxaclarının artdığı bir zaman da aktual olacaq.

Qurucuların sözlərinə görə, uçan avtomobildə uçuş maksimal dərəcədə təhlükəsiz olacaq. Onun idarə edilməsi üçün isə xüsusi biliklər tələb olunmayacaq: onu istənilən şəxs sadəcə olaraq “uçuş” və “eniş” knopkalarına basmaqla idarə edə bilər. Bu qeyri-adi avtomobilin hərəkətini vahid komanda mərkəzi idarə edəcək.

Uçan avtomobillərin istismara nə zaman veriləcəyi haqda hələ məlumat verilməyib.


Dubayda uçan avtomobil təqdim olundu - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • 1 dəqiqəlik moizə: İnsan təkcə fiqhi oruc tutsa...
    İslamazeri.az-ın "Din" rubrikasından...
     28.05.2017
    Düşmən atəşkəsi 120 dəfə pozub
    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan da (10 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 120 dəfə pozub
     28.05.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ