EURO 1,9983 NEFT 62,82
USD 1,7001 RUB 0,0287
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TEXNOLOGİYA

Kateqoriya : XƏBƏRLƏR

TEXNOLOGİYA

Yayınlanma tarixi:22.05.2017 17:02:33

BƏƏ-in ilk robot-polisi işə başlayıb.

İslamazeri.com-un “Arabian Business”-ə istinadən verdiyi xəbərə əsasən, ilk robot-polis Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinin polisinin şəxsi heyətinə rəsmi şəkildə daxil olub.

Robotun boyu 170 sm, çəkisi isə 100 kiloqramdır. Robot “emosiya detektoru” ilə təchiz edilib. Həmin detektor vasitəsi ilə robot 1,5 metr məsəfayədək jest və siqnalları tanıya bilir. Həmçinin o, həmsöhbətinin emosiyalarını və üz ifadələrini müəyyən etmək qabiliyyətindədir.

Robot küçələri patrul edərək polisə qanun pozucularını tapmağa və müvafiq video yazıları təqdim etməyə kömək olacaq. Dubay polisi bildirib ki, robot küçələr, ictimai yerlərdəki insanlara kömək etmək,həmçinin cinayətkarlıqla mübarizə aparmaq və həmçinin şəhər təhlükəsizliyinə cavab vermək üçün “işə” götürülüb.

Robot quraşdırılmış daxili naviqator vasitəsilə olduğu yerin səmtini müəyyən etmək, ingilis və ərəb də daxil olmaqla 6 dildə ünsiyyət qurmaq və sakinlərə özünün vasitəsilə polis xidmətlərinin ödənişi etmək imkanını təqdim etmək qabiliyyətindədir.


Dubayda ilk robot-polis işə başladı - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İlham Əliyev: “Qüds şəhərinin İsrailin paytaxtı kimi tanınması bizdə böyük narahatlıq yaradır”
    “Fövqəladə İslam Zirvə görüşünün təşkilinə görə Prezident Ərdoğana təşəkkür edirəm. Prezident Ərdoğanın təşəbbüsü ilə keçirilən bu Zirvə görüşü Türkiyənin İslam həmrəyliyi işinə verdiyi töhfənin növbəti təzahürüdür”.
     13.12.2017
    Avtomobil Bakıda yolu keçən jurnalisti vurub öldürdü
    Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
     13.12.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ