1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:19.05.2017 15:59:24

"Azərbaycan çox təhlükəli bir məkandadır".

"Azərbaycan bir çox dövlətlərin, siyasi dairələrin maraq dairəsindədir, şübhəsiz ki, kənardan Azərbaycana böyük təhdidlər var".

APA-nın məlumatına görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev, bu gün "Həyat" Fondunun təqdimatında bildirib. O deyib ki, Azərbaycan çox təhlükəli bir məkanda, Qərblə Şərqin qovşağında yerləşir.

"Təbii ki, kənardan Azərbaycana qarşı hər cür təhdidlər var. Amma onu da deməliyəm ki, bu təhlükəni Müdafiə Nazirliyinin özü kökündə tapmışdı və artıq istintaq qrupu fəaliyyət göstərir. Prezidentimiz tərəfindən baş prokuror Zakir Qaralova lazımi tapşırıq verilib, istintaq qrupu məsələlərə aydınlıq gətirir. Sadəcə, onlar bir günün, beş günün casusları deyil. Bu xəyanətkar şəbəkə 1988-1990-cı illərdən kök atıb. Bu, Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən prezidentin tapşırıqlarının düzgün icrasının nəticəsidir ki, bu xəyanətkarlığın üstü açılıb və istintaq da öz qiymətini verəcək" - DTX rəisi vurğulayıb.


DTX rəisi: "Kənardan Azərbaycana böyük təhdidlər var"

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda
    Dələduzluq yolu ilə insanları aldadan, bununla da zərərçəkənlərin külli miqdarda pulunu mənimsəyən şəxsin tutulması istiqamətində polis əməkdaşları tərəfindən növbəti əməliyyat tədbiri həyata keçirib.
     15.12.2017
    Proses dekabrın 22-də davam etdiriləcək
     15.12.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ