1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. KRİMİNAL

Kateqoriya : XƏBƏRLƏR

KRİMİNAL

Yayınlanma tarixi:01.05.2020 16:54:36

Mahir Quliyevin barəsində həbs qətimkan tədbiri seçilib

Səbail Rayon Məhkəməsində Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Hakim Anar Tanrıverdiyev Mahir Quliyevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilməsi barədə qərar çıxarıb.

DTX bu gün bu haqda məlumat yayıb.

Məlumatda deyilir: "Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin tətbiq edildiyi, dövlət strukturlarının fəaliyyətinin əhalinin sağlamlığının qorunması istiqamətində səfərbər olunduğu bir vaxtda bəzi vəzifəli şəxslərin mövcud vəziyyətdən şəxsi maraqları naminə istifadə edərək vətəndaşların və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, hakimiyyət orqanlarının fəaliyyətinə kölgə salan hüquqazidd əməllərə yol vermələrinə dair məlumatlar əsasında araşdırma tədbirləri həyata keçirilməkdədir.

Toplanılmış materiallar üzrə, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevin birinci müavini Xanlar Məmmədov vasitəsilə xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar maddi yardıma ehtiyacı olan şəxslərə sosial yardım üçün ayrılan vəsaitin bir qismini hissə-hissə mənimsəməsi, habelə icra hakimiyyətinin sərəncamında olan digər vəsaitlərdən sosial yardım adı altında ayıraraq hissəsinin ona verilməsini tapşırmasına  dair əsaslı şübhələr müəyyən olunmuşdur.
Bundan başqa, Mahir Quliyevin köməkçisi Pöhran Şahbazov və tabeçiliyində olan başqa vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında özünün pul vəsaitləri tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilmişdir.
Həmçinin dövlət qayğısı ilə əhatə olunmuş işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əməkhaqqı kartlarına köçürülən məbləğlərin Mahir Quliyev tərəfindən ələ keçirilməsinə dair məlumatlar əldə edilmişdir.
Eyni zamanda, Mahir Quliyev tərəfindən təmir-tikinti, abadlıq işlərinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin nağdlaşdırılaraq mənimsənildiyinə, vətəndaşlardan müxtəlif təyinatlı tikintilərin aparılması üçün zəruri olan sənədləşmə işləri və digər əsaslarla ümumilikdə təkrarən rüşvət tələb edilərək alınmasına əsaslı şübhələr müəyyən edilmişdir.
Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində, Mahir Quliyevin xidməti otağında növbəti dəfə rüşvət almasından sonra məhkəmənin qərarı əsasında keçirilmiş baxış zamanı həmin pul vəsaitləri, aparılan araşdırmalarla bağlı iş üzrə əhəmiyyət kəsb edən müxtəlif sənədlər və digər maddi sübutlar aşkar edilərək götürülmüşdür.
Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Mahir Quliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, təkrar rüşvət alma, mənimsəmə faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda araşdırmalar davam etdirilir."


DTX-nın Biləsuvar İcra hakimiyyətində əməliyyatı - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda daha 325 nəfər koronavirusa yoluxub, 5 nəfər ölüb
    Azərbaycan Respublikasında 325 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.
     03.06.2020
    Türkiyə Azərbaycan vətəndaşları üçün viza müddətini 90 günədək uzadıb
    Türkiyəyə səfər etmək istəyən Azərbaycan vətəndaşları üçün viza tələbi 90 günə qaldırılıb.
     03.06.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ