1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:10.12.2019 14:59:50

Azərbaycan Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərini boykot etmək barədə qərar qəbul edib.

Azərbaycan Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərini boykot etmək barədə qərar qəbul edib.

DQMŞ-nin bəyanatında xatırladılır ki, bu qurumun təklif etdiyi və seçki komissiyalarında müxalifətin təmsil olunmasını, namizədlərin qeydiyyatı üçün süni əngəllərin aradan qaldırılmasını, təşviqat üçün bərabər imkanların yaradılmasını və s. nəzərdə tutan seçki islahatı qəbul edilməyib.

Ədalətli seçkilər üçün hətta minimum şərtlərə əməl olunmadan keçirilən seçkilər xalqın iradəsini əks etdirməyəcək, buna görə də DQMŞ onları boykot edəcək və belə seçkiləri legitim hesab etmir.

Öz növbəsində AXCP sədrinin müavini Seymur Hazi deyib ki, demokratik seçkilər üçün minimum şəraitin olmadığına görə DQMŞ “şou”da iştirak etməyəcək.

“İştirak etmək istəyənlərə uğurlar diləyirik. Bu məsələdə müxalif qüvvələr arasında hər hansı qarşıdurmanı qəbuledilməz hesab edirik”, - o vurğulayıb.

Xatırladaq ki, parlament hakim Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə buraxılıb. Növbədənkənar seçkilər fevralın 9-na təyin edilib. Müsavat", REAL, Ümid partiyaları seçkilərdə iştirak etmək barədə qərar qəbul ediblər. (Turan)


DQMŞ parlament seçkilərini boykot etməyi qərara aldı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İran ABŞ casusunu edam etdi
    Edam edilən şəxs İran MN-in aerokosmik sektorunun keçmiş əməkdaşı olub.
     14.07.2020
    Düşmənin kapitan və mayoru məhv edildi - İtkilərini gizlədə bilmir...
    İşğalçı Ermənistan rejiminin mayor və kapitanı öldürülüb.
     14.07.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ