EURO 2,0342 NEFT 56,71
USD 1,7008 RUB 0,0294
  1. http://www.islamazeri.com/
  2. DİN

Kateqoriya : DİN

Yayınlanma tarixi:10.07.2017 15:09:46

DQİDK-da bu gün keçirilən tədbirdə Dövlət komitəsi sədrinin birinci müavini, Aparat rəhbəri, şöbə müdirləri və dini icmaların rəhbərləri iştirak ediblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən ikisi Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dini icma olmaqla daha 24 dini icmanın layihəsi maliyyələşdirilib. Bu məqsədlə DQİDK-da bu gün keçirilən tədbirdə Dövlət komitəsi sədrinin birinci müavini, Aparat rəhbəri, şöbə müdirləri və dini icmaların rəhbərləri iştirak ediblər.

Bu barədə DQİDK-nın mətbuat xidmətindən məlumat verilib.

Layihələri maliyyələşdirilən Göyçay rayonu Yeniarx kənd məscidi dini icması “Müsəlman intibahının bərqərarı - İslam Həmrəyliyi”;

Göyçay rayonu Yalman kənd məscidi dini icması “İslam Həmrəyliyi və sosial ədalət”;

Saatlı rayonu Fətəlikənd kəndi “Cümə” məscidi dini icması “Tolerantlıq və dini dözümlülük Azərbaycan milli kimliyinin ayrılmaz hissəsi kimi”;

Sabirabad rayonu Bulaqlı kənd məscidi dini icması “İslam həmrəyliyi - dini vəhdətə çağırış”;

Samux rayonu Samux şəhəri müsəlmanlarının dini icması “İslam həmrəyliyi islamda birgə yaşayış ənənələrinə xidmət edir”;

İsmayıllı rayonu Topçu kənd məscidi dini icması “İslam həmrəyliyi dini radikalizmə qarşı mübarizə vasitəsi kimi”;

Cəlilabad rayonu Zərbiəlli kəndi “İmam Hüseyn” məscidi dini icması “İslam həmrəyliyi radikalizmə qarşı mübarizədə vasitə kimi”;

Masallı rayonu Lürən kənd məscidi dini icması “İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimizin təbliği”;

Ağstafa rayonu imam Əli adına “Cümə “ məscidi dini icması “İslam həmrəyliyinin Azərbaycan nümunəsi”;

Gədəbəy rayonunun Gədəbəy şəhər “ Cümə “ məscidi dini icması “İslamın mənəvi və əxlaqi dəyərlərinin gənclərə aşılanması”;

Şirvan bölgəsi üzrə şöbə Salyan rayonu Xurşud kənd məscidi dini icması “İslamda həmrəyliyin əhəmiyyəti”;

Qəbələ şəhər dindarlarının məscidi dini icması “İslam Həmrəylik Dinidir”;

Yevlax bölgəsi üzrə şöbə Ağdaş rayonu Qəribli kənd məscidi dini icması “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə”;

Naxçıvan Muxtar Respublikası Şahbuz rayon dini icması “Tolerantlıq ənənələrinin qorunub saxlanılması”;

Naxçıvan Muxtar Respublikası Şərur şəhər dini icması “Gənclərimizin radikal dini cərəyanlardan qorunması”;

Şamaxı rayonu Mədrəsə qəsəbə məscidi dini icması “İslam sülh və həmrəylik dinidir”;

Neftçala şəhəri “Sahib Əzzaman” məscidi dini icması “İslamda həmrəyliyin və tolerantlığın əhəmiyyəti”;

Yevlax rayonu Yenicə kənd məscidi dini icması “Azərbaycan İslam həmrəyliyinin ideya və real fəaliyyət mərkəzinə çevrilir”;

Şamaxı rayonu Adnalı kənd məscidi dini icması “Dini radikalizmə qarşı mübarizədə İslam həmrəyliyinin əhəmiyyəti”;

Astara rayonu Kijəbə qəsəbə məscidi dini icması “İslam həmrəyliyi məzhəb ayrıseçkiliyinə qarşı”;

Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi “Türkan bağları” məscidi dini icması “İslam həmrəyliyi sülh və birlik nümunəsidir”;

Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbə məscidi dini icması “İslamda həmrəylik və sülh çağırışları”;

Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi “Came” məscidi dini icması “İslam həmrəyliyi sülh və bəşəri dəyərlərə sadiqlik simvoludur”;

Balakən rayonu Kortala kənd məscidi dini icması “İslam dinində vətən sevgisi və şəhidlik” adlı maarifləndirmə tədbirləri həyata keçirəcəklər.


DQİDK daha 24 dini icmanın layihəsini maliyyələşdirib - SİYAHI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Pakistanlı ruhanilər: Məhərrəm mərasimləri bütün məzhəblər üçün açıq olmalıdır
    Pakistanın Şiə Alimləri Şurası yerli hökumətə müraciət edib.
     22.09.2017
    Mirzə Ələkbər Sabirin ev muzeyinin sökülməsinə rəsmi münasibət
    "Şair Mirzə Ələkbər Sabirin sökülən ev muzeyi orijinal deyildi".
     22.09.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ