1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SƏHİYYƏ

Kateqoriya : XƏBƏRLƏR

SƏHİYYƏ

Yayınlanma tarixi:27.05.2017 11:57:26

Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov deyir ki, hazırda mərkəzi xəstəxanaların publik hüquqi şəxs olması üçün işlər aparılır.

Azərbaycanda dövlət xəstəxanaları ilə yanaşı, poliklinikalar da pullu xidmət göstərəcək. Bütün işlərə icbari tibbi sığortanın tətbiqi başa çatdıqdan sonra başlanılacaq. Hazırda pullu xidmətlərin siyahısı Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənməsi üçün Nazirlər Kabinetinə verilib.

İslamazeri.com Xəzərxəbər-ə istinadən məlumat verir ki, qanunvericiliyin tələbinə uyğun olaraq, bütün dövlət tibb müəssisələri publik hüquqi şəxs olduqdan sonra bu qayda tətbiq ediləcək.

Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov deyir ki, hazırda mərkəzi xəstəxanaların publik hüquqi şəxs olması üçün işlər aparılır.

Nazirlik rəsmisi qeyd edib ki, publik hüquqi şəxs olan tibb müəssisələrinin göstərəcəyi pullu xidmətlərin siyahısı Nazirlər Kabineti tərəfindən təsdiqlənməlidir. Artıq bununla bağlı nazirlik tərəfindən Nazirlər Kabinetinə siyahı da verilib.

“Nazirlər Kabineti “Pullu xidmət növləri”ni təsdiqlədikdən sonra tariflər müəyyən ediləcək. Qiymətlərin müəyyənləşdirilməsi səlahiyyətinin Tarif Şurasına verilməsi nəzərdə tutulur. Bütün işlərə isə ölkədə icbari tibbi sığortanın tətbiqi yekunlaşdıqdan sonra başlanılacaq”, - E.Əzizov bildirib.


Dövlət xəstəxanaları pullu xidmət göstərəcək - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Dünya mediası: Barzani peşmərgəsi Süleymaninin təhdidilə Kərkükdən çəkilib
    Dünya mediası Kərkükün İraq ordusuna necə təslim edilməsinin arxasında duran ismin kimliyini açıqlayıblar
     22.10.2017
    “Əhli-beyt sevənlərin yurdu Azərbaycan”- Sənədli film
    İslamazeri.com xəbər verir ki, İslam.az və "Brant produstion"ın birgə “Əhli-beyt sevənlərin yurdu Azərbaycan” sənədli filmini hazırlayıb
     21.10.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ