EURO 1,9474 NEFT 76,31
USD 1,7 RUB 0,026
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:10.08.2018 20:44:17

“Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edildi

Azərbaycan Prezidenti İlham Əliyev “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

İslamazeri.com xəbər verir ki, sərəncama əsasən, Qanunun 10.19-cu maddəsindəki “10 manat” sözləri “20 manat” sözləri ilə əvəz edilib.

Beləliklə, 1 yanvar 2019-cu ildən etibarən Ədliyyə Nazirliyi tərəfindən göstərilən icra qeydinin aparılması xidmətinə görə rüsum 20 AZN təşkil edəcək.

Qeyd edək ki, borclunun olduğu yer üzrə notariuslar borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün əlaqədar şəxslərin ərizələrinə əsasən borcu müəyyən edən sənədlərdə icra qeydləri aparırlar.

Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı Azərbaycan Nazirlər Kabineti tərəfindən müəyyən edilir.


Dövlət rüsumu 2 dəfə artırıldı - RƏSMİ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • AST Telman Putinə 12 səhifəlik məktub yazdı
    Müflis olan azərbaycanlı iş adamı Telman İsmayılov Rusiya prezidenti Vladimir Putinə məktub yazıb.
     23.10.2018
    Çin dünyanın ən uzun dəniz körpüsünü istifadəyə verdi
    Dünyanın ən uzun dəniz körpüsü istifadəyə verildi.
     23.10.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ