EURO 1,8242 NEFT 51,96
USD 1,7022 RUB 0,0303
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:21.04.2017 13:13:39

"Hazırda Dövlət İmtahan Mərkəzi vakant dövlət qulluğu vəzifələrinə namizədləri seçmək üçün müsabiqənin keçirilməsinə hazırlıq işləri aparır".

"Dövlət qulluğunda vakant vəzifələr kateqoriyalar üzrədir. Bizdə yeddi kateqoriya üzrə dövlət qulluğu vəzifəsi var. Hazırda Dövlət İmtahan Mərkəzi vakant dövlət qulluğu vəzifələrinə namizədləri seçmək üçün müsabiqənin keçirilməsinə hazırlıq işləri aparır". APA-nın xəbərinə görə, bunu DİM-in Direktorlar şurasının sədr müavini Bəhram Xəlilov deyib.

O bildirib ki, "Dövlət qulluğu haqqında" qanuna bir sıra dəyişikliklər edilib: "Müsabiqənin, o cümlədən test və müsahibənin keçirilməsində bir sıra dəyişikliklər olub. Sadəcə, bu günə normativ-hüquqi baza tam formalaşmayıb. Biz bütün normativ-hüquqi aktların qəbul olunmasını gözləyirik".

B. Xəlilov qeyd edib ki, dövlət qulluğuna qəbulun müsahibə qaydalarında da dəyişikliklər nəzərdə tutulub: "Hazırda müsahibənin keçirilməsi qaydaları müvafiq orqanlara təqdim olunub və biz bu yaxınlarda həmin qaydaların təsdiq olunmasını gözləyirik. Təklif olunan dəyişikliklər elə də çox deyil. Əvvəllər müsahibə komissiyası ən azı 3 nəfərdən ibarət idi. İndi isə üzvlərin sayının 5 olması nəzərdə tutulur”.


Dövlət qulluğuna qəbulun müsahibə qaydalarında dəyişikliklər edilir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Gürcüstan və İran ruhaniləri arasında da əlaqələr genişlənir - FOTO
    Gürcüstanın baş nazirinin İrana rəsmi səfərilə iki ölkə arasında əlaqələrin genişlənməsindən sonra, iki ölkə ruhaniləri arasında da əlaqələr genişlənməkdədir
     23.04.2017
    Cəbhədə düşmən təxribatı davam edib
    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 millimetrlik minaatanlardan (16 mərmi) da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 114 dəfə pozub.
     23.04.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ