EURO 2,0842 NEFT 69,82
USD 1,7001 RUB 0,0301
  1. http://www.islamazeri.com/
  2. DİN

Kateqoriya : DİN

Yayınlanma tarixi:30.11.2017 12:24:23

Mübariz Qurbanlı: "Bakıda yeni qəbiristanlıqlar üçün yer ayrılması istiqamətində işlər gedir"

“Məzarlıqlar haqqında” qanun layihəsi baxılması üçün hazırda Nazirlər Kabinetindədir. Layihə qəbul edildikdən sonra növbəti mərhələlərdə yeni ayrılacaq məzarlıqlar və insanların dəfn mərasimlər və s. məsələlər həmin qaydalarla tənzimlənəcək"

"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Bakı böyük şəhər olduğundan və milyonlarla insan yaşadığına görə gələcəkdə məzarlıqlarda yer çatışmazlığı yarana bilər: "Qəbiristanlıqlar üçün yeni yer ayrılması istiqamətində işlər gedir. Bakı Şəhər İcra Hakimiyyəti bununla bağlı müvafiq tədbirlər görür. O ki qaldı bəzi məzarlarda yer çatışmazlığına, əslində məzar yerləri satılması ifadəsi doğru deyil. Məzar yerləri satılmır, məzar yerləri insanlara pulsuz verilməlidir. Yeni qaydalarda bu tam aydın şəkildə öz əksini tapıb".
M.Qurbanlı əlavə edib ki, gələcəkdə qaydalar təsdiq edilsə, müvafiq icra hakimiyyəti bununla məşğul olacaq. hətta dini komitəyə bəzi məsələlərdə nəzarət funksiyası verilə bilər: "Məzarlıqlarda yerlərin ayrılması digər qurumların səlahiyyətinə aiddir. Həqiqətən elə qəbiristanlıqlar ola bilər ki, orada məzar yerləri obyektiv səbəbdən olmaya bilər. Naxçıvanda atılan bu addım addım bizimtəsdiqlənəcək qaydallara uyğundur. Gələcəkdə həmin qaydalar Azərbaycanın digər yerlərində də təbiq olunacaq. Burada heç bir islami dəyərlərə, heç bir milli adət ənənələrə zidd heç nə yoxdur. Qəbiristanlıqda məzarlarda biri digərindən kəskin şəkildə fərqlənə bilməz".


Dövlət Komitəsinin sədri: Məzar yerləri insanlara pulsuz verilməlidir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Odessa limanına 84,8 min ton Azərbaycan nefti çatdırılıb
    Ukraynanın Kremençuq Neft Emalı Zavodu üçün Odessa limanına (Qara dəniz, Ukrayna) 84,841 min ton Azərbaycan nefti çatdırılıb.
     23.01.2018
    Şeyx Sərdar Hacıhəsənlinin məhkəməsinin vaxtı məlum oldu
    Vəkil Cavad Cavadov 17 saylı Cəza Çəkmə Müəssisəsində saxlanılan ilahiyyatçı Sərdar Hacıhəsənli ilə (Babayev) görüşüb.
     23.01.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ