1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:04.05.2019 21:06:17

"Azərbaycanda 80-dən çox etnosun nümayəndələri azərbaycanlılarla yanaşı yaşayır, həmçinin erməni mənşəli vətəndaşlarımız da var."

“Son iki əsrdə Ermənistan Azərbaycana qarşı məqsədyönlü şəkildə etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti yürüdür. Bu siyasətin nəticəsi olaraq Azərbaycanın iyirmi faiz torpaqlarını işğal etmişdir. Ermənistan monoetnik dövlətə çevilmişdir. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan tarixin bütün dönəmlərində öz multikultural dəyərlərinə sadiq qalmışdır. Təsadüfi deyildir ki, Azərbaycanda 80-dən çox etnosun nümayəndələri azərbaycanlılarla yanaşı yaşayır, həmçinin erməni mənşəli vətəndaşlarımız da var. Bütün bunlar, multikulturalizmin ən bariz nümunəsidir”.

Azvision.az xəbər verir ki, bunu Bakıda V Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Müasir dünyada etnik-mədəni müxtəlifliyin artması və onun tənzimlənməsində çoxmədəniyyətlilik siyasətinin əhəmiyyəti" mövzusunda keçirilən paneldə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M. Qurbanlı onu da bildirib ki, ölkədə 2500-dən çox məscid fəaliyyət göstərir. O qeyd edib ki, Azərbaycanda qeyri-müsəlman dini icmaların sayı 33-ə çatıb.


Dövlət Komitəsi: “Azərbaycanda birgə nikahdan olan ermənilər yaşayırlar”

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • ABŞ-lı alimlər: Üzdə tük xərçəng riskini 16 dəfə azaldır! - ARAŞDIRMA
    ABŞ-lı alimlər üzdəki tüklə bağlı maraqlı faktı ortaya çıxarıblar.
     24.05.2019
    Türkiyədə dünyanın ən qeyri-adi sərgisi: Qumdan abidələr - FOTO/VİDEO
    Türkiyədə Beynəxalq Qumdan Abidələr Festivalı start götürüb.
     24.05.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ