EURO 1,9474 NEFT 76,31
USD 1,7 RUB 0,026
  1. http://www.islamazeri.com/
  2. MÜSAHİBƏ
  3. MÜNASİBƏT

Kateqoriya : MÜSAHİBƏ

MÜNASİBƏT

Yayınlanma tarixi:10.08.2018 19:20:15

Deputat bildirib ki, DOST dünyanın qabaqcıl ölkələrinin təcrübəsi nəzərə alınmaqla yaradılacaq.

"Azərbaycanda Prezident İlham Əliyevin daxili siyasətində sosial müdafiə, sosial təminat prioritet istiqamətdir. Əhalinin məşğulluğunun təmin edilməsi, aztəminatlı insanların müdafiəsinin gücləndirilməsi, pensiya, müavinətlərin, ünvanlı sosial yardımların verilməsi, əlillik məsələlərinin müəyyənləşdirilməsi və digərləri əhalinin sosial müdafiəsinə xidmət edən sahələrdir. Bu sahədə pərakəndiliyi, müəyyən hallarda rast gəldiyimiz süründürməçiliyi, qeyri-qanunu münasibətləri, korrupsiya, rüşvət hallarını aradan qaldırmaq, vətəndaşlara xidmətin keyfiyyətini yüksəltmək üçün sosial təminatın bir mərkəzdən həyata keçirmək məqsədilə Prezident İlham Əliyevin sərəncamı əsasında ölkəmizdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” (DOST) yaradılır”.

İslamazeri.com xəbər verir ki, bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədr müavini, deputat Musa Quliyev deyib.

Deputat bildirib ki, DOST dünyanın qabaqcıl ölkələrinin təcrübəsi nəzərə alınmaqla yaradılacaq.

M.Quliyevin sözlərinə görə, sözügedən agentliyin yaradılmasında məqsəd sosial xidmət sahələrində keyfiyyəti yüksəltmək, operativliyi artırmaq və vətəndaşların məmnunluğunu artırmaqdır: "Agentliyin regional formaları da yaradılacaq. İndiyədək Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yerli strukturlarının göstərdiyi bir çox funksiyalar bu agentlikdə birləşərək, daha keyfiyyətli, operativ bir mərkəzdən idarə olunmaqla həyata keçiriləcək. Bu da əhalinin aztəminatlı hissəsinin həm məşğulluğunun təmin olunmasında, həm sosial yardımların alınması, müavinət və pensiyaların hesablanmasında, əlillik vəziyyətinin qiymətləndirilməsində operativliyi təmin edəcək. Demək olar ki, vətəndaş bir binaya girməklə özünün mövcud problemlərin hamısının həll edərək oradan çıxa bilmək imkanı qazanacaq”.

Elektron idarəetmənin dünyada geniş yayıldığını deyən komitənin sədr müavini qeyd edib ki, sosial xidmət sahəsində elektron xidmətlərin həm keyfiyyəti, həm də miqyası genişlənəcək: "Vətəndaş bəzi hallarda evindən çıxmadan elektron müraciət əsasında o xidmətləri ala biləcək”.

Deputat əlavə edib ki, Agentliyin yaradılması isə Milli Məclisin əmək və sosial siyasət komitəsi tərəfindən müəyyən qanunlara əlavə və dəyişikliklərin edilməsi də nəzərdə tutulur: " Bununla bağlı məsələlər Prezident İlham Əliyevin sərəncamında öz əksini tapıb. Qanunlara ediləcək əlavə və dəyişikliklərə Milli Məclisin payız sessiyası müddətində baxılacaq, hökumətin müvafiq qurumları ilə birgə müzakirələr aparıldıqdan sonra lazımi addımlar atılacaq”.


DOST hansı problemləri həll edəcək?- ŞƏRH

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • AST Telman Putinə 12 səhifəlik məktub yazdı
    Müflis olan azərbaycanlı iş adamı Telman İsmayılov Rusiya prezidenti Vladimir Putinə məktub yazıb.
     23.10.2018
    Çin dünyanın ən uzun dəniz körpüsünü istifadəyə verdi
    Dünyanın ən uzun dəniz körpüsü istifadəyə verildi.
     23.10.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ