EURO 2,0914 NEFT 67,31
USD 1,7001 RUB 0,0301
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:19.07.2017 17:13:42

Əmanətlərin Sığortalanması Fondu sığorta hadisəsi baş vermiş dörd bankın qorunan əmanətçilərinə növbəti dəfə müraciət edib.

Fonddan verilən məlumata görə, 2016-cı ilin iyulun 25-də "Dekabank", "Kredobank", "Parabank", "Zaminbank"da sığorta hadisəsi baş verib.

"Əmanətlərin sığortalanması haqqında" qanunun 28.3.-cü maddəsinə əsasən Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Fond ləğv prosesində olan bankların qorunan əmanətçilərinin diqqətinə çatdırır ki, qorunan əmanətçilərə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üçün son gün 1 avqust 2017-ci il hesab olunur: "Bununla əlaqədar olaraq kompensasiyaların alınması üçün müraciət etməyən qorunan əmanətçilərdən 1 avqust 2017-ci il tarixə kimi kompensasiyaların geri alınması üçün Fonda müraciət etməkləri xahiş olunur".

"Əmanətlərin Sığortalanması haqqında" qanunun 28.4.-cü maddəsinə əsasən əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır.

Əmanətçilərin diqqətinə o da çatdırılır ki, Fondun "Kompensasiyaların ödənilməsi proseduruna dair" qaydalarının 11-ci maddəsinə uyğun olaraq qanunun 28.4-cü maddəsində qeyd edilən əmanətçinin müraciətini qeyri-mümkün etmiş hallara əmanətçinin Silahlı Qüvvələrin tərkibində həqiqi hərbi xidmətdə olması, ağır xəstəliyi, qarşısı alınmaz qüvvənin təsiri, məhkəmə qərarı ilə müraciət müddətinin uzadılması aiddir. Bu kimi hallar müvafiq sənədlərlə təsdiq edilməlidir. Qeyd edilən sənədlər təqdim edilmədiyi halda əmanətçiyə müraciət müddətini ötürməsi ilə əlaqədar kompensasiya ödənilməsindən imtina olunacaq.


Dörd bankın əmanətçilərinə müraciət edilib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Suriya ilə kürdlər arasında mühüm razılıq: Ordu Mənbicə girir
    Suriya ilə kürdlər arasında mühüm razılıq əldə olunmasıyla bağlı xəbərlər yayılıb
     25.02.2018
    Azərbaycanda tələbələrin təqaüdləri artırılıb
    Azərbaycanda tələbələrin təqaüdləri artırılmasıyla bağlı Azərbaycan Prezidenti sərəncam imzalayıb
     24.02.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ