1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:24.12.2019 16:11:52

Bir çox nüfuzlu maliyyə təsisatlarının ekspertləri 2020-ci ildə ABŞ dollarının məzənnəsinin azalacağı qənaətindədir.

Bir çox nüfuzlu maliyyə təsisatlarının ekspertləri 2020-ci ildə ABŞ dollarının məzənnəsinin azalacağı qənaətindədir.

İslamazeri.com “Report”a istinadla xəbər verir ki, bir sıra ekspertlərin ümumi proqnozuna əsasən, gələn il ərzində avronun məzənnəsi hazırkı 1,1 dollardan 1,16 dollaradək artacaq.

“Bloomberg”in təqdim etdiyi proqnoza görə, 2019-cu ildə qlobal resesiya gözləntilərinin hakim olduğu üçün dollar və dollar aktivləri daha çox satın alınsa da hazırda dünya iqtisadiyyatındakı vəziyyətə dair narahatlığın səngidiyi, ABŞ Federal Ehtiyatlar Sisteminin (FRS) faiz dərəcələrini dəyişdirmək fikrində olmadığı üçün sərmayəçilər daha risqli yatırımlara yönəlir, dolların məzənnəsi də azalır. Belə ki, gələn ilin sonunda avronun dollara qarşı məzənnəsi “Goldman Sachs” bankına görə 1,15, “Deutsche Bank”a görə 1,2 olacaq.

“Bank of America”nın ekspertləri isə ABŞ-Çin ticarət qarşıdurmasının mühüm təsiri olacağını, yazda isə sərmayədarların diqqətini ABŞ-dakı qarşıdan gələn və adətən iqtisadiyyat üçün daha çox mənfi rol oynayan prezident seçkilərinin çəkəcəyini bildiriblər.

İnkişaf edən ölkələrin valyutaları arasında ilk növbədə Braziliya realı diqqət çəkir. Belə ki, bu il rekord minimum məzənnəsinə çatan real “İNG” proqnozuna görə, 2020-ci ildə büdcə islahatı, iqtisadi artımın sürətlənməsi, nisbətən yüksək faiz dərəcələri ilə bağlı 10 faizədək bahalaşa bilər.

Rusiya ekspertlərinə görə, bu ölkənin valyutası olan rublun məzənnəsi gələn ilin əvvəlində bir dollara 62-64 rubl, ilin sonunda isə ABŞ-dakı seçkilərin nəticələrinə görə 65-70 rubl səviyyəsində olacaq. Çin yuanının isə məzənnəsi 2020-ci ilin sonunda bir dollara 6,85-7,21 yuan səviyyəsində ehtimal edilir.


Dollar ucuzlaşacaq - PROQNOZ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan Ordusu düşmən mövqelərinə artilleriya zərbələri endirir - VİDEO
    Azərbaycan Ordusunun bölmələri düşmən mövqelərinə artilleriya zərbələri endirir.
     30.09.2020
    İran Parlamentinin deputatı Ermənistanın silahlandırılmasını pisləyib
    Ermənistanı hərbi cəhətdən gücləndirmək üçün atılan istənilən addım pislənilir.
     30.09.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ