EURO 2,0859 NEFT 69,33
USD 1,7001 RUB 0,0302
  1. http://www.islamazeri.com/
  2. İNFO

Kateqoriya : İNFO

Yayınlanma tarixi:02.08.2017 18:24:14

Ədirnə sülh müqaviləsi və ya Adrianapol sülh müqaviləsi - Rusiya ilə Osmanlı arasında imzalanmış müqavilə.

Rusiya ilə Osmanlı imperiyası arasında müharibənin (1828-1829) yekunlarına dair 2 (14) sentyabr 1829-cu ildə Ədirnə sülh müqaviləsi imzalanmışdır. Bu müqaviləni Rusiya tərəfindən Aleksey Fyodoroviç Orlov və Dunay knyazlığında müvəqqəti rus idarəçiliyinin başçısı Fyodor Petroviç Palen, Türkiyə tərəfindən Osmanlı imperiyasının baş maliyyə qoruyucusu (dəftərdarı) Mehmet Sadıq əfəndi və Anadolu ordusunun şəriət hüququ üzrə ali hərbi hakimi Abdul Qədir bəy arasında imzalanmışdır. Bu müqavilə 16 maddədən, Rusiyanın Moldaviya və Valaxiyada ustünlünün tanınmasına dair aktdan və təzminat haqqında izahedici aktdan ibarət idi.

 

Gələcək sülhün əsas şərtləri Rusiya tərəfindən Osmanlı sultanına 14 (26) aprel 1828-ci ildə müharibənin elan edilməsi ilə eyni vaxtda göndərilmişdir. Bu şərtlərə aşağıdakılar daxil idi:

1827-ci il London konvensiyasının tanınması
Anapanın və Potinin Rusiya imperiyasına birləşdirilməsi
Serbiyanın, Moldaviyanın və Valaxiyanın müxtariyyətinin təsdiq edilməsi
Dunay çayı sahillərində yerləşən bir sıya türk qalalarının ləğv edilməsi
Qara dəniz boğazlarında Rusiyanın ticarət naviqasiyasının bərpası
Təzminat ödənilməsi.


10 (22) avqust 1829-cu ildə Osmanlı sultanı II Mahmud Rüsiya tərəfinin şərtləri əsasında təcili danışıqlara başlamaq haqqında qərar qəbul etdi. Rusiya tərəfi ilkin sülh şərtlərinə əlavə olaraq Qarsın, Axaltsixin və Axalkalakinin də Rusiyaya güzəştə gedilməsini tələb etdi. Sülh danışıqları gərgin və mürəkkəb bir şəraitdə iki mərhələdə - 1829-cu il 30 avqust-3 sentyabr və 12-14 sentyabr tarixlərdə aparılmışdır.

Osmanlı imperiyası Ahalsıx paşalığının (Ahıska türklərinin yaşadığı ərazi, indiki Gürcüstanın Samtsxe Cavaxeti bölgəsi) bir hissəsini Rusiyaya güzəştə gedilmiş və həmin əraziyə cənub-şərqi Anadoludan erməni əhalisinin köçürülməsinə razılıq verilmişdir. Köçürülən ermənilər sonradan Ahalsıx bölgəsi ilə yanaşı, Tiflis, İrəvan və Naxçıvan bölgələrində də yerləşdirildi. Bundan əlavə, Osmanlı imperiyası tərəfindən Rusiyanın İranla apardığı müharibənin (1826-1828) yekunları - Naxçıvan və İrəvan xanlıqlarının Rusiyaya birləşdirilməsi rəsmən tanınmışdı.

 

Mənbə: Vikipediya


Ədirnə sülh müqaviləsi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İslam Əməkdaşlığı Təşkilatın konfransı Tehranda işə başladı
    İslam Əməkdaşlığı Təşkilatın 13-cü konfransı İran İslam Respublikasının paytaxtı Tehranda işə başlayıb
     16.01.2018
    Əli İnsanovun kassasiya şikayəti təmin olunmayıb
    Bu gün Ali Məhkəmədə Azərbaycanın sabiq səhiyyə naziri Əli İnsanovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
     16.01.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ