1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. KRİMİNAL

Kateqoriya : XƏBƏRLƏR

KRİMİNAL

Yayınlanma tarixi:06.04.2019 12:19:21

Məktəb direktorunu döyən “Drakon” ləqəbli aktyor Rza Rzayev və bacısı oğlu Toğrul İbrahimlinin cinayət işi üzrə məhkəmə yenidən təyin olunub.

Məktəb direktorunu döyən “Drakon” ləqəbli aktyor Rza Rzayev və bacısı oğlu Toğrul İbrahimlinin cinayət işi üzrə məhkəmə yenidən təyin olunub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, martın 4-də keçirilən hazırlıq iclasında işə baxan hakim Ələddin Cəfərov özü-özünə etiraz etmişdi. Belə ki, hakim bu iş üzrə şahid olduğu üçün prosesə sədrlik edə bilməyəcəyini açıqlamışdı. Ə.Cəfərov Nizami rayon məhkəməsinin sədri olduğu üçün onun etirazına Bakı Apellyasiya Məhkəməsində baxılıb və etiraz təmin edilərək iş yenidən rayon məhkəməsinə qaytarılıb. Bu dəfə iş başqa bir hakimin sədrliyi ilə araşdırılacaq. İlkin hazırlıq iclası aprelin 10-na təyin edilib.

Xatırladaq ki, aktyor Rza Rzayevlə 175 saylı orta məktəbin direktoru Tural Mirzəliyev arasında uzun müddətdir davam edən qalmaqal sonradan əlbəyaxa dava ilə nəticələnmişdi.

Rza Rzayev və Toğrul İbrahimli Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirləndirilir.


Direktoru döyən aktyorla bacısı oğlu yenidən məhkəmə önündə

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Müqavimətin yanında qalacağıq - Bəşər Əsəd
    Suriya prezidenti keçən həftə həmkarlar ittifaqlarından ibarət 150 xarici nümayəndə heyətini qəbul edib
     18.09.2019
    Uşaqları zərərli informasiyalarla “zəhərləyənlər” dörd min manatadək cərimələnəcək
    Azərbaycanda uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulmasına görə cərimələrin məbləği müəyyənləşib.
     18.09.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ