1. http://www.islamazeri.az/
  2. XƏBƏRLƏR
  3. TEXNOLOGİYA

Kateqoriya : XƏBƏRLƏR

TEXNOLOGİYA

Yayınlanma tarixi:12.12.2016 16:15:46

Mütəxəssislər yeni növ virusun təkmilləşdirilməmiş cavan versiyası ilə qarşılaşıblar.

Yeni növ virusun yayılmasını MalwareHunterTeam komandası aşkar edib.

Technote.az xəbər verir ki, "Popcorn Time" adlı şifrələyici virus istifadəçinin kompüterinə daxil olandan sonra şifrələnmiş faylların geri qaytarılması üçün istifadəçidən həmin virusu digər insanlara göndərməyi tələb edir. Mütəxəssislər yeni növ virusun təkmilləşdirilməmiş cavan versiyası ilə qarşılaşıblar. Lakin onların sözlərinə əsasən, bu virus gələcəkdə çox təhlükəli ola bilər. Cihaz sözügedən virus ilə yoluxandan sonra bütün fayllar şifrələnir və onlara ənənəvi üsul ilə daxil olmaq mümkün olmur. Faylların bərpası üçün xüsusi açar şifrəsi lazımdır. Virusun yaradıcıları istifadəçilərə, faylların geri qaytarılması üçün iki üsul təklif edir. Ya istifadəçi virus yaradıcılarına 1 bitcoin ödəməlidir (hal-hazırkı məzənnə ilə 1 bitcoin 768$ edir), ya da virusu digər insanlara göndərməlidir.

Təqdim edilmiş iki yoldan hər hansını seçib yerinə yetirəndən sonra hakerlər şifrələnmiş faylları geri qaytarırlar. Cihazın virusla yoluxması, virusun olduğu linkə daxil olandan sonra baş verir. Belə ki, link Tor brauzerinin şəbəkəsində olan şifrələyicinin serverinə keçid edir. Mütəxəssislər qeyd ediblər ki, təhlükəni aşkar etdikləri zaman server çalışmırdı. Virusda xüsusi təhlükəsizlik sistemi var. Əgər şifrə 4 dəfə yanliış yazılarsa, onda fayllar avtomatik olaraq silinəcək. Hələ ki, Popcorn Time təhlükəli deyil. Belə ki, o, faylları, AES-256 alqoritmi vasitəsilə Efiles adlı test qovluğunda şifrələyir. Lakin şifrələyicinin tam versiyası daha böyük təhlükəyə səbəb ola bilər. Bu cür viruslardan qorunmaq üçün ən əsası şübhəli linklərə daxil olmamaqdır.


DİQQƏT: Yeni virus növü tapılıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • "Üzü üstə uzatdılar yerə, əlləri ilə ağzımı və burnumu tutub nəfəs yollarımı bağladılar. Barmaqlarımı sındırmaq həddinə çatdırdılar. Dedilər ki, qardaşımı, sürücünü saxlayıblar, çox dərinə getsəm, ailəmi də gətirəcəklər, paltarını çıxarıb çəkiliş edəcəklər."
     21.02.2017
    Bu gün Malkolm X-in şəhadət günüdür
    Bu gün 21 fevral XX əsrin ən yadda qalan simalarından olan, Amerika müsəlmanlarının liderləindən Malkolm X-in şəhadətə çatdığı gündür.
     21.02.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ