1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:16.12.2019 10:10:21

Fırıldaqçılar yeni üsula əl atıblar. Vətəndaşlara zəng edərək "Pensiyanız artıb. Artan məbləği balansınıza yükləmək üçün şəxsiyyət vəsiqəsi və kart məlumatlarınızı bizə göndərin" deyiblər.

Fırıldaqçılar yeni üsula əl atıblar. Vətəndaşlara zəng edərək "Pensiyanız artıb. Artan məbləği balansınıza yükləmək üçün şəxsiyyət vəsiqəsi və kart məlumatlarınızı bizə göndərin" deyiblər.

İslamazeri.com Xəzər TV-yə istinadla xəbər verir ki, belə bir hadisə paytaxt sakini Validə Əşrəfovanın başına gəlib.

Fırıldaqçılar yaşlı qadının pensiya kartından pul çəkmək isyətiyiblər. Yaşlı qadının qızının ayıqlığı bu cəhdin qarşısını alıb.

Hadisə Paytaxtın Suraxanı rayonu, Əmircan qəsəbə sakini Validə Əşrəfovanın anasının başına gəlib. Validə Əşrəfova deyir ki, dünən tanımaqdıqları nömrədən ev telefonlarına zəng gəlib.

Bildirilib ki, pensiyalar 40 manat artıb. Artan məbləği karta yükləmək üçün yaşlı qadından lazımi məlumatları tələb ediblər.

Validə Əşrəfova bununla bağlı Dövlət Sosial Müdafiə fonduna zəng edib. Bildirilib ki, artımla bağlı heç bir vətəndaşın evinə zəng edilmir.

Biz də həmin şəxsin mobil nömrəsi ilə əlaqə saxlamağa çalışsaq da cəhdlərimiz nəticəsiz qaldı.

Artıq Validə Əşrəfova məsələ ilə bağlı Suraxanı rayon 31-ci polis bölməsinə müraciət edib.

Faktla bağlı araşdırma aparılır.


Diqqətli olun! Fırıldaqçılar yeni üsula əl atıblar - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İran ABŞ casusunu edam etdi
    Edam edilən şəxs İran MN-in aerokosmik sektorunun keçmiş əməkdaşı olub.
     14.07.2020
    Düşmənin kapitan və mayoru məhv edildi - İtkilərini gizlədə bilmir...
    İşğalçı Ermənistan rejiminin mayor və kapitanı öldürülüb.
     14.07.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ