Müvafiq sərəncam prezident tərəfindən verilib.

Prezident İlham Əliyev Ramil Usubovun Azərbaycan Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
"Report" xəbər verir ki, sərəncamla Ramil İdris oğlu Usubov Azərbaycan Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilib.
Prezident İlham Əliyev Mədət Quliyevin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla Mədət Qəzənfər oğlu Quliyev Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilib.
DİN və DTX başçıları vəzifələrindən azad edildilər - PREZİDENTDƏN SƏRƏNCAM