EURO 1,8536 NEFT 52,45
USD 1,7238 RUB 0,0304
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:11.01.2017 16:08:46

“Polis orqanlarında nə adam döyürlər, nə adam toka verirlər" - DİN

Daxili İşlər Nazirliyi tərəfindən (DİN) bloqqer Mehman Hüseynovun polis bölməsində döyülməsi və təzyiqlərə məruz qalmasıyla bağlı verdiyi açıqlamaya münasibət bildirilib.

Nazirliyin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Ehsan Zahidov Modern.az-a deyib ki, Mehman Hüseynovun nəinki dedikləri, aldığı nəfəs də yalandan gedib-gəlir:

“Polis orqanlarında nə adam döyürlər, nə adam toka verirlər. Bunların hamısı Mehman Hüseynovun uydurduğu boş-boş nağıllardır, şər və böhtandan başqa bir şey deyil”.

Xatırladaq ki, Nəsimi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) ilə təqsirli bilinərək saxlanılan və 200 manat cərimə ödədikdən sonra sərbəst buraxılan tanınmış bloqqer Mehman Hüseynov jurnalistlərə açıqlamasında bunları demişdi:

“Məni 3 saat başımda torba, üzü aşağı saxladılar. Vurdular, hiss edirdim ki, burnumdan qan gəlir. Mən dözürdüm. Nəfəsim kəsilirdi. Məni sözlə təhqir edirdilər”


DİN-dən Mehman Hüseynovla bağlı açıqlama: “Aldığı nəfəs də yalandan gedib-gəlir”

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ali məktəblərin qabiliyyət imtahanının müsabiqə şərtləri məlum olub
    Ali təhsil müəssisələrinin Qabiliyyət İmtahanı komissiyaları üzrə müsabiqənin şərtləri məlum olub.
     30.03.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ