1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:30.05.2020 12:45:25

Mayın 29-da Qaradağ Rayon Məhkəməsi AXCP fəalı Ruslan Əmirovu 15 günlük inzibati həbs cəzasına məhkum edib.

 Partiyadan bildiriblər ki, R.Əmirov saxta, siyasi motivli ittihamla həbs edilib.

DİN-in Mətbuat Xidmətindən “Report”a bildirilib ki, bu gün Azərbaycanda heç kəs əsassız yerə həbs olunmur:

“Qanun qarşısında hamı bərabərdir. Kimliyindən, partiya mənsubiyyətindən, siyasi baxışından asılı olmayaraq hamı qanunlara əməl etməlidir. O ki qaldı vətəndaş Əmirov Ruslan Təhməz oğlunun inzibati qaydada həbs edilməsinə, burda heç bir saxta və ya siyasi motivdən söhbət gedə bilməz. Bu adam doğulduğu Masallı rayonunun Eminli kəndində daimi qeydiyyatdadır. Xüsusi karantin rejiminin tələblərinə görə rayon qeydiyyatında olan vətəndaşlarımızın Bakıya girişi məhdudlaşdırılıb. R.Əmirov bunu bilə-bilə Masallıdan Bakıya gəlib. Lakin Bakı-Ələt-Astara yolunun 65-ci km-də quraşdırılmış polis postunda hamı kimi ondan da sənəd təqdim etmək tələb olunub. R.Əmirov qeydiyyatının Bakıya olmadığı üçün sənəd təqdim etməkdən imtina edib.

Polislər xüsusi texniki vasitənin köməyi ilə onun qeydiyyatının Bakıya aid olmadığını müəyyən ediblər. Bundan sonra o polisin qanuni tələbinə qəsdən və bilərəkdən tabe olmadığına görə saxlanılaraq məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə inzibati qaydada 15 sutkalıq həbs olunub. Göründüyü kimi, Ruslan Əmirovun inzibati qaydada həbsi tam qanunidir”.  


DİN AXCP fəalı ilə bağlı açıqlama yaydı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İran ABŞ casusunu edam etdi
    Edam edilən şəxs İran MN-in aerokosmik sektorunun keçmiş əməkdaşı olub.
     14.07.2020
    Düşmənin kapitan və mayoru məhv edildi - İtkilərini gizlədə bilmir...
    İşğalçı Ermənistan rejiminin mayor və kapitanı öldürülüb.
     14.07.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ