EURO 1,9906 NEFT 76,44
USD 1,7 RUB 0,0276
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TƏHSİL

Kateqoriya : XƏBƏRLƏR

TƏHSİL

Yayınlanma tarixi:06.02.2018 16:38:02

Dövlət İmtahan Mərkəzi (DİM) bu il keçirilməsi nəzərdə tutulan ali təhsil müəssisələrinə I- IV ixtisas qrupları üzrə ikinci (yay) qəbul imtahanlarının, I-V ixtisas qrupları üzrə ərizə qəbulunun, ixtisas seçiminin, magistratura və rezidenturaya qəbul imtahanlarının ikinci mərhələsinin, ixtisaslaşma seçiminin, ümumi və tam orta təhsil bazasında təhsilalanların buraxılış imtahanlarının, kolleclərə ərizə qəbulunun, eləcə də digər tədbrilərin tarixlərini müəyyən edib.

DİM-dən  verilən məlumata görə, məlum olduğu kimi, ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 13-də, I və IV ixtisas qrupları üzrə isə mayın 20-də keçiriləcək. İkinci imtahan isə I və IV ixtisas qrupları üzrə iyulun 18-də, II və III ixtisas qrupları üzrə iyulun 26-da keçiriləcək. V ixtisas qrupu üzrə əvvəlki illərin məzunları üçün qəbul imtahanı iyulun 10-da olacaq.

Bundan başqa, I-V ixtisas qrupları və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə abituriyentlərin ərizələrinin qəbulu martın 29-dan aprelin 30-dək aparılacaq.

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının birinci mərhələsi fevralın 25-də, II mərhələsi iyunun 3-də, rezidenturaya qəbulun birinci mərhələsi aprelin 1-də, ikinci mərhələsi isə iyulun 8-də keçiriləcək.

Bakı şəhəri və bölgələr üzrə ümumi (9 illik) orta təhsil bazasında təhsilalanlar üçün buraxılış imtahanlarının birinci mərhələsi 4, 11 və 18 mart tarixlərində təşkil olunacaq. Ümumi (9 illik) orta təhsil bazasında buraxılış imtahanlarının ikinci mərhələsi və tam (11 illik) orta təhsil bazasında təhsilalanlar üçün imtahanlar isə 21, 27 iyun və 3 iyul tarixlərində baş tutacaq.

Digər imtahanların tarixləri və tədbirlərin qrafiki ilə aşağıdakı cədvəldə ətraflı tanış ola bilərsiniz. Qrafik Mərkəzin saytının “Təqvim” bölməsinə də əlavə edilib. Axtarış sistemində sizə lazım olan fəaliyyət istiqaməti və tədbiri seçməklə ayrıca həmin istiqamətə aid tədbirlərin tarixlərini əldə edə bilərsiniz. Siz həmçinin axtarış sistemində “status” bölməsində “keçirilir”, “keçiriləcək”, “keçirilib” bəndlərindən birini qeyd etməklə, yalnız həmin bəndə uyğun məlumatları almaq imkanına maliksiniz. Bundan əlavə, saytda hər bir fəaliyyət istiqaməti üzrə də ayrıca “Təqvim” bölməsi var və o bölmədə yalnız həmin istiqamətə aid “xəbərlər”, “e-xidmətlər”, “tez-tez verilən suallar”, eləcə də imtahan tarixləri yerləşdirilib.

Tədbir Tarix (2018‑ci il) Qeyd
Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına:
ərizə qəbulu 2- 12 fevral  
İmtahana buraxılış vərəqəsinin çap edilməsi 20- 24 fevral  
QƏBUL İMTAHANI – 1-ci mərhələ 25 fevral  
Proqram seçimi 7- 17 may  
İmtahana buraxılış vərəqəsinin çap edilməsi 25 may- 2 iyun  
QƏBUL İMTAHANI – 2-ci mərhələ 3 iyun  
Jurnalistikaya aid ixtisaslaşmalara qəbul olmaq istəyənlərin qeydiyyatı 20- 30 aprel  
Jurnalistikaya aid ixtisaslaşmalara qəbul olmaq istəyənlərin qabiliyyət imtahanı 7- 11 may  
İxtisaslaşma seçimi 8- 18 iyun  
68, 69, 70-ci proqramı seçən bakalavrların qabiliyyət imtahanı 6-8 iyun  
bakalavrların qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 28 iyun- 11 iyul  
AMEA magistraturasına qəbul olmaq üçün qeydiyyat 7 iyun- 10 iyul  
AMEA magistraturasına qəbul olmaq üçün müsahibə 12 iyun- 14 iyul  
boş qalan yerlərə ixtisas seçimi 7- 13 avqust  
boş qalan yerlərə qəbul olan bakalavrların qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 16-24 avqust  
Azərbaycan Respublikasında rezidenturaya :
ərizə qəbulu 15- 22 fevral  
İmtahana buraxılış vərəqəsinin çap edilməsi 27- 31 mart  
QƏBUL İMTAHANI 1-ci mərhələ 1 aprel  
I mərhələdə müsabiqə şərtlərini ödəyən namizədlərin II mərhələ imtahanında iştirak etmək üçün qeydiyyatı 4- 11 iyun  
İmtahana buraxılış vərəqəsinin çap edilməsi 4- 7 iyul  
QƏBUL İMTAHANI 2-ci mərhələ 8 iyul  
İxtisas seçimi 10- 16 iyul  
namizədlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 3- 7 iyul  
boş qalan yerlərə ərizə qəbulu 31 iyul- 1 avqust  
Sınaq imtahanı (elektron) 16 may (II mərh)  
Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanı (ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi və ümumi və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üçün)
1-ci imtahan 22 aprel  
29 mart- 10 aprel 23:59-dək elektron ərizələrini təsdiq etmiş, lakin 1-ci imtahanda "qeyri-məqbul" qiymət alan və ya iştirak etməyən abituriyentlər üçün qeydiyyat 18 – 29 may
18-29 may tarixlərində qeydiyyatdan keçmiş abituriyentlər üçün 2-ci imtahan 10 iyun
elektron ərizələrini 10 aprel saat 23:59-dan sonra təsdiq etmiş abituriyentlər üçün imtahan 10 iyun
2-ci imtahan 10 iyun  
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə:
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün sınaq imtahanları 1, 15, 29 aprel  
ərizə qəbulu (I – V qruplar) 29 mart- 30 aprel  
ərizələrində qəbul imtahanlarının birincisində iştirak etmək istədiklərini qeyd edən abituriyentlərin ikinci imtahanda da iştirak etmək üçün elektron qeydiyyatı 17 may- 14 iyun  
QƏBUL İMTAHANI (ilk imtahan) – II və III ixtisas qrupları üzrə 13 may  
QƏBUL İMTAHANI (ilk imtahan) – I və IV ixtisas qrupları üzrə 20 may  
QƏBUL İMTAHANI (ikinci imtahan) – I və IV ixtisas qrupları üzrə 18 iyul  
QƏBUL İMTAHANI (ikinci imtahan) – II və III ixtisas qrupları üzrə 26 iyul  
QƏBUL İMTAHANI (əvvəlki illərin məzunları üçün) – V qrup üzrə 10 iyul  
xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyat V qrup üzrə 6- 16 iyul I qrup üzrə 21- 24 iyul  
Bakı İslam Universitetinə qəbul olmaq istəyənlərin qeydiyyatı 29- 31 iyul 11- 13 avqust (boş qalan yerlərə)  
xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanları (I və V qrup) V qrup üzrə 23 iyul- 12 avqust I qrup üzrə 30 iyul- 2 avqust  
Bakı İslam Universitetinə qəbul olmaq istəyənlər üçün qabiliyyət imtahanı 30 iyul- 3 avqust 13- 16 avqust (boş qalan yerlərə)  
jurnalistika ixtisasını seçən abituriyentlərin qeydiyyatı 10-30 aprel  
jurnalistika ixtisasını seçən abituriyentlərin qabiliyyət imtahanı 6 avqust  
İxtisas seçimi (I – IV qrup) 30 iyul- 13 avqust  
İxtisas seçimi (V qrup) 30 iyul- 13 avqust  
abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı (I mərhələ) 16- 28 avqust  
boş qalan yerlərə ixtisas seçimi 16- 20 avqust  
boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 24 avqust- 3 sentyabr  
hərbi liseylərə və Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanı 30 iyul  
Orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında:
ərizə qəbulu 1- 27 mart  
QƏBUL İMTAHANI I mərhələ (əvvəlki illərin məzunları) 15 aprel  
QƏBUL İMTAHANI II mərhələ (əvvəlki illərin məzunları) 10 iyul  
xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyat 6-16 iyul  
xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı 30 iyul- 3 avqust  
ixtisas seçimi 25 iyul- 6 avqust  
abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 9-24 avqust  
boş qalan yerlərə ixtisas seçimi 28 avqust- 3 sentyabr  
boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 5- 12 sentyabr  
Orta ixtisas təhsili müəssisələrinə tam (11 illik) orta təhsil bazasında:
ərizə qəbulu 29 mart- 30 aprel  
QƏBUL İMTAHANI (əvvəlki illərin məzunları) 10 iyul  
xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyat 6-16 iyul  
xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı 23 iyul- 3 avqust  
ixtisas seçimi 16- 20 avqust  
abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 24- 30 avqust  
boş qalan yerlərə ixtisas seçimi 1- 5 sentyabr  
boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 7-12 sentyabr  
Buraxılış imtahanları:
İlk peşə-ixtisas təhsili müəssisələri 18 mart  
Ümumi orta təhsil bazasında, I mərhələ, 1-ci istiqamət 4 mart  
Ümumi orta təhsil bazasında, I mərhələ, 2-ci istiqamət 11 mart  
Ümumi orta təhsil bazasında, I mərhələ, 3-cü istiqamət 18 mart  
Ümumi orta təhsil bazasında, I mərhələ (əvvəlki illərin məzunları və eksternat qaydasında imtahan verənlər üçün) 15 aprel  
Ümumi orta təhsil bazasında II mərhələ, 1-ci istiqamət 21 iyun  
Ümumi orta təhsil bazasında II mərhələ, 2-ci istiqamət 27 iyun  
Ümumi orta təhsil bazasında II mərhələ, 3-cü istiqamət 3 iyul  
Ümumi orta təhsil bazasında (əvvəlki illərin məzunları və eksternat qaydasında imtahan verənlər üçün(II mərhələ)) 10 iyul  
Tam orta (11 illik) təhsil bazasında, 1-ci istiqamət 21 iyun  
Tam orta (11 illik) təhsil bazasında, 2-ci istiqamət 27 iyun  
Tam orta (11 illik) təhsil bazasında, 3-cü istiqamət 3 iyul  
Tam orta təhsil bazasında (əvvəlki illərin məzunları və eksternat qaydasında imtahan verənlər üçün) 10 iyul  

*Qeyd edək ki, ölkədə keçirilə biləcək digər kütləvi tədbirlər nəzərə alınaraq qrafikdə dəyişikliklər edilə bilər. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.


DİM daha bir neçə imtahanın tarixlərini açıqlayıb - SİYAHI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Keşiş İslama dəstək üçün hicab taxdı
    Keşiş bu yolla sağçı-radikal partiya lideri Alis Veydelin sözlərinə cavab verib
     27.05.2018
    Vəhabi krallığın hava limanı uçan aparatla vuruldu, uçuşlar ləğv olundu - VİDEO
    Yəmən Ordusu Səud rejiminin Əbha hava limanının PUA-larla atəşə tutub
     27.05.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ