EURO 2,0152 NEFT 63,86
USD 1,7001 RUB 0,0291
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TƏHSİL

Kateqoriya : XƏBƏRLƏR

TƏHSİL

Yayınlanma tarixi:27.10.2017 16:15:33

“Azərbaycanda müəllimlərin əməkhaqqı islahatı, müəllim nüfuzunun artırılması istiqamətində mühüm işlər görülüb”.

İslamazeri.com APA-ya istinadən xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov müəllimlərə dövlət təltiflərinin təqdimetmə mərasimində bildirib. O, son 3 ildə müəllimlərin diaqnostik qiymətləndirilməsinin aparıldığını deyib. Bu müddətdə 150 min müəllimin bilik və bacarıqları yoxlanılıb, hər bir pedaqoqun peşəkarlığı barədə məlumat əldə edilib.

Nazir qeyd edib ki, diaqnostik qiymətləndirmədən keçirilən müəllimlərin əməkhaqqı artırılıb, orta aylıq əməkhaqqı 465 manat təşkil edib: “Bu ildən başlayaraq, Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə yeni işə qəbul edilən müəllimlər də diaqnostik qiymətləndirmədən keçirilən müəllimlərə bərabər tutulub və onların əməkhaqqı gələn ildən artırılacaq. Bu il 49 min müəllim işə qəbul olmaq üçün mərkəzləşdirilmiş imtahanlarda iştirak edib. Bu da son illərlə müqayisədə 3 dəfə çoxdur. Müsabiqə nəticəsində 5600-dən çox müəllim daimi işə qəbul edilib”.

M. Cabbarov vurğulayıb ki, bu il yüksək bal toplayan tələbələr arasında pedaqoji ixtisası seçənlərin sayı da artıb. Qəbul imtahanlarında 500-dən yuxarı bal toplayan 1359 nəfər tələbə müəllimlik ixtisasını seçib.


Diaqnostik qiymətləndirilmədən keçən müəllimlərin orta aylıq əməkhaqqı açıqlandı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Polşada qalmaqal: Yəhudiləri oğru və vətən xainləri ilə bir tutdular
    Polşada iş adamının elanı qalmaqala səbəb olub.
     24.11.2017
    İŞİD daxilində parçalanma: Terrorçuların başları kəsildi - SƏBƏB
    İŞİD terror təşkilatı öz üzvlərini öldürüb.
     24.11.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ