EURO 1,9343 NEFT 71,97
USD 1,7 RUB 0,0254
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:09.02.2018 11:06:52

Dövlət Gömrük Komitəsi (DGK) 2018-ci ilin yanvar ayında dövlət büdcəsinə 226 mln. 88,3 min manat məbləğində vergi və rüsum köçürüb.

Dövlət Gömrük Komitəsi (DGK) 2018-ci ilin yanvar ayında dövlət büdcəsinə 226 mln. 88,3 min manat məbləğində vergi və rüsum köçürüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DGK-dan məlumat verilib.

Xəbər verildiyi kimi, 2017-ci ilin yanvar ayında DGK xətti ilə dövlət büdcəsinə köçürmələrin həcmi 173 mln. 962,6 min manat təşkil edib. Beləliklə, yanvarda dövlət büdcəsinə köçürmələr 29,9% artıb.

Bu ilin yanvar ayı ərzində dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 157 mln. 18,9 min manat, aksizlər üzrə 6 mln. 780,7 min manat, yol vergisi üzrə 2 mln. 818,1 min manat təşkil edib.

Bundan başqa, hesabat dövründə gömrük rüsumları üzrə köçürmələr 59 mln. 470,6 min manat məbləğində olub.

2018-ci ildə DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələr üzrə plan 2 mlrd. 430 mln. manat həcmində müəyyən edilib.


DGK yanvar ayında dövlət büdcəsinə vergi və rüsum köçürmələrini 30% artırıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycana gələn ərəblərin sayı 100 dəfə artıb
    Statistik məlumatlara əsasən, son beş ildə təkcə üç ərəb ölkəsindən Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sayı 100 dəfədən çox artıb.
     18.08.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ