EURO 2,0368 NEFT 55,35
USD 1,7007 RUB 0,0293
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:18.05.2017 15:45:54

Bunun bir çox səbəbləri var.

Dərinin qocalması təbii fizioloji prosesdir. Lakin bəzi qadınlarda bu prosess daha sürətlə, digərlərində isə əksinə daha asta gedir.
Bunun bir çox aşağıdakı səbəbləri var:
1. Siqaret çəkmək. Çoxdan sübut olunub ki, siqaret çəkən insanlarda dəri daha tez qocalır. Məsələ burasındadır ki, nikotin dəridə oksigen azlığına və nəmliliyin azalmasına səbəb olur. Eyni zamanda dəri üçün çox vacib olan kollagen ondan xaric olunur, əvəzinə isə xeyli miqdarda toksinlər dəriyə daxil olur.
2. Yuxunun az olması. Yuxunun kifayət qədər olmaması ümumi orqanizmi sarsıtdığı kimi, dəriyə də öz mənfi təsirini göstərir. Alimlər təsdiq edir ki, yaxşı və sağlam dəriyə sahib olmaq üçün qadın gecə 7 saatdab 9 saata qədər yatmalıdır.
3. Mimikanın çox aktiv olması. Mimikası çox aktiv olan insanlarda dəri qırışları daha tez əmələ gəlir. Bu səbəbdən mütəxəssislər mimikadan daha az istifadə etməyi tövsiyə edirlər.
4. Kosmetikadan istifadə. Kosmetikadan həddindən artıq istifadə edilməsi də dəri qırışlarının əmələ gəlməsinə səbəb olur. Bu vasitələrin təsiri nəticəsində dəri məsamələri tutulur ki, dəri “nəfəs almır”, dəridə gedən mübadilə prosesləri pozulur. 
5. Qidalanmada meyvə və tərəvəzlərin az olması. Mütəxəssislər araşdırmalar zamanı belə qənaətə gəliblər ki, daha çox meyvə və tərəvəzləri istehlak edənlərin dərisi daha gec qocalır. Bunun əsas səbəbi isə meyvə və tərəvəzlətin tərkibində antioksidantların (qocalma prosesini ləngidən maddələr) çox olmasıdır.

Saglamolun.az


Dərinin qocalmasını sürətləndirən amillər

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Toyda Rəşad Dağlı ilə Nicat arasında olan davanın görüntüləri - VİDEO
    Davaya səbəb kimi Nicatın Rəşad Dağlının açdığı qafiyəni saxlatdırması göstərilir.
     20.09.2017
    Azərbaycanda bal yarmarkası keçiriləcək
    Arıçılıq məhsullarının sərgi-satış yarmarkası keçiriləcək.
     20.09.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ