1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. KRİMİNAL

Kateqoriya : XƏBƏRLƏR

KRİMİNAL

Yayınlanma tarixi:20.08.2019 11:12:46

Lerik rayonunda "Relax" İstirahət Mərkəzində baş verən insidentlə bağlı 6 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

Lerik rayonunda "Relax" İstirahət Mərkəzində baş verən insidentlə bağlı 6 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. Bu barədə Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun mətbuat xidmətlərinin məlumatında deyilir.

Sosial şəbəkələrdə "Relax" İstirahət Mərkəzinə yoxlama apamaq üçün gələn vergi müfəttişlərinin mərkəzə buraxılmaması, polis və vergi əməkdaşlarına fiziki güc tətbiq edildiyi əks olunan video paylaşılıb.

Məlumatlarda istirahət mərkəzinin 78 saylı Lerik seçki dairəsindən Milli Məclisin deputatı İqbal Məmmədova aid olduğu bildirilir.

Rəsmi məlumatda deyilir ki, Lerik rayonunda fəaliyyət göstərən "Relax" istirahət və turizm mərkəzində cari il avqustun 16-da vergidənyayınma ehtimalı yüksək olan hallarda vergi nəzarəti tədbirləri çərçivəsində vergi nəzarəti tədbirləri keçirilməsi planlaşdırılıb.

"Nəzarət tədbirinin həyata keçirilməsinə istirahət mərkəzindən dövlət büdcəsinə ödənilən vergilərin kəskin şəkildə azalması səbəb olub. Belə ki, faktiki sahəsi 14 hektardan çox olan və qonaqların qalması üçün 142 nömrədən ibarət istirahət mərkəzində müxtəlif təyinatlı 20 obyektin fəaliyyət göstərməsinə baxmayaraq, 2018-ci ildə cəmi 10 min 726 manat, 2019-cu ilin ötən dövrü ərzində isə 972 manat məbləğində vergi ödənilib".

Məlumatda bildirlir ki, avqustun 16-da nəzarət tədbirlərini həyata keçirmək üçün təsərrüfat subyektinə gələn Vergilər Nazirliyinin əməkdaşları burada müqavimətlə üzləşib, onların qanuni fəaliyyətini həyata keçirməsinə maneələr törədilib.

"Hadisə yerinə gəlmiş Lerik rayon Polis Şöbəsinin əməkdaşlarının, eləcə də Lerik rayon İcra Hakimiyyəti nümayəndələrinin də məsələyə müdaxiləsi müsbət nəticə verməyib, istirahət mərkəzinin vəzifəli şəxsləri kimi özünü təqdim etmiş şəxslər vergi əməkdaşları və polis işçilərinə hücum təşkil edərək onlara müxtəlif xəsarətlər yetirib, bundan başqa, Vergilər Nazirliyinin xidməti istifadəsində və nazirlik əməkdaşlarının şəxsi istifadələrində olan avtomaşınlara daş parçaları ilə zədələr yetiriblər", deyə xəbərdə bildirilir.

İş üzrə istirahət mərkəzinin təşkilati-sərəncamverici və inzibati funksiyaları yerinə yetirən vəzifəli şəxsləri - Mirhəmid Nərimanlı (Milli Məclisin deputatı İqbal Məmmədovun oğlu), Orxan Nərimanlı, Pərviz Əsgərov, Famil İmanov, Rahim Şahverdiyev və Amir Abbasov Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini ağır nəticələrə səbəb olmaqla aşma) və 315.2-ci (hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Deputat İqbal Məmmədov "Relax" İstirahət Mərkəzində baş verən hadisəni təxribat adlandırıb.

"Baş verən hadisədən xəbərdaram. Bizim vergilərlə heç bir problemimiz yoxdur. Onlar bu ayın 15-dən "Relax"da yoxlama aparırlar. Dava "Relax"ın əməkdaşları və turistlər arasında olub. Hadisəyə polis müdaxilə edib. Ola bilər həmin vaxt vergilərin əməkdaşları da orada olublar və belə xoşagəlməz hadisə baş verib", deyə deputat qeyd edib. (Turan)


Deputat oğlu və digər 5 nəfər barəsində həbs qətimkan tədbiri seçilib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Gürcüstanın builki yanacaq idxalının 14%-i Azərbaycanın payına düşüb
    Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan 890,9 min ton benzin və dizel yanacağı idxal edib.
     18.11.2019
    Yarımçıq qalan arzular: şəhid Zahid Hüseynov
    Salyan bölgəsində Seydan kəndində Azərbaycan torpaqları azdlığı uğrunda şəhid olan Hüseynov Zahid Rabil oğlunun şərəfinə, xatirəsini əbədiləşdirmək üçün büst ucaldı
     18.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ