1. http://www.islamazeri.com/
  2. MÜSAHİBƏ
  3. MÜNASİBƏT

Kateqoriya : MÜSAHİBƏ

MÜNASİBƏT

Yayınlanma tarixi:21.10.2019 10:01:33

"Kimlərinsə ərköyünlüyünə, cığallığına imkan verilməyəcək"

Hər bir aksiya-mitinq, yürüş müəyyən qanunvericilik çərçivəsində olmalıdır. Qanundankənar heç bir kütləvi aksiya keçirilməməli və buna yol verilməməlidir. Azərbaycan hüquqi, demokratik ölkədir və burada hər bir proses qanunlarla tənzimlənir. İndiyə kimi belə olub, bu gün də belədir, bundan sonra da belə olacaq. Kimlərinisə özünü qanundan yuxarı görməsinə, aparmasına imkan verilməyəcək.

Demokrat.az xəbər verir ki, bunu mətbuata açıqlamasında millət vəkili Tahir Rzayev Milli Şuranın 19 oktyabr aksiyasına və son yaşananlara münasibətini bildirərkən deyib.

“Mən insanları kütləvi mitinqlərə, iğtişaşlara çağırılmasının tərəfdarı deyiləm. Hər şey qanunvericilik çərçivəsində olmalıdır. Hansısa qüvvələr mitinq, kütləvi aksiya keçirəndə icazə almalıdır. Əks halda yaşanan qarşıdurmalardan hansısa tərəfin ziyan çəkməsi, dağıntıların olması dövlətin də imicinə ziyandır.

Dünənki mitinq də bu baxımdan qəbulolunmaz idi. İnsanların kütləvi şəkildə ora axışması, yaşanan xoşagəlməz anlar heç bir halda Azərbaycan cəmiyyəti üçün faydalı deyil. Bunun məsuliyyəti isə insanları iğtişaşlara səsləyən müxalifət liderlərinin üzərinə düşür. Onlar bu məsələdə məsuliyyət daşıyırlar.

Azərbaycan ötən əsrin 80-ci illərinin sonlarının, 90-cı illərinin əvvəllərinin, xaosun, anarxiyanın, özbaşınalığın, hüquqi nihilizmin hökm sürdüyü Azərbaycanı deyil. Artıq o dövlər çoxdan geridə qalıb. İndiki Azərbaycan artıq qanunlarla idarə olunan güclü, qüdrətli, müasir, modern və model Azərbaycandır və onun qüdrətli, cəsarətli, müdrik lideri var.

Ona görə də kimlərinsə ərköyünlüyünə, cığallığına, özünü qanunlardan üstün tutmasına imkan verilməyəcək. Bunu həmin qüvvələr nə qədər tez anlasalar, bir o qədər özləri üçün yaxşı olar”-deyə, T. Rzayev bildirib.


Deputat: “Mən insanların kütləvi mitinqlərə, iğtişaşlara çağırılmasının tərəfdarı deyiləm”

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ermənistanın sabiq kəşfiyyat rəhbəri Soros Fondunu  təhlükə adlandırdı
    Ermənistanda xarici ölkələrdən maliyyələşən siyasi qüvvələr fəaliyyət göstərir.
     22.11.2019
    Nazir: Orta pensiya məbləği 293 manat olacaq
    Gələn il pensiyaların indeksasiyası nəzərdə tutulur. Belə ki, ölkəmizdə orta pensiya məbləği ciddi şəkildə artaraq, 293 manat ətrafında olmalıdır.
     22.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ