EURO 1,9377 NEFT 65,68
USD 1,7 RUB 0,0257
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:04.07.2018 10:10:36

Bu gün Bakı metrosu işləmədiyindən şəhərdəki avtobus dayanacaqlarında sıxlıq müşahidə olunur.

Bu gün Bakı metrosu işləmədiyindən şəhərdəki avtobus dayanacaqlarında sıxlıq müşahidə olunur.

“Qafqazinfo” xəbər verir ki, xüsusilə Bakı kəndlərindən paytaxta girişlərdə problem yaranıb. Hazırda “Koroğlu” və "Neftçilər" metrosunun yaxınlığındakı avtobus dayanacağında böyük izdiham yaranıb. Ərazidə qalan şəxslər bildirirlər ki, mövcud avtobuslar sərnişinləri daşımaq üçün yetərli deyil. Buna görə də onlar uzun müddət dayanacaqda gözləmək məcburiyyətində qalıblar.

Sərnişinlərin verdiyi məlumata görə, problem bütün metro stansiyalarda hökm sürür. Avtobusların azlığı sıxlığın daha da böyüməsinə səbəb olub.

Bakı Nəqliyyat Agentliyi də sıxlıqla bağlı məlumat yayıb. Bildirilir ki, günün pik saatı olduğu üçün hazırda bütün metrostansiyaların ətrafında sərnişin sıxlığı müşahidə edilir:

"Adi günlərdən fərqli olaraq sərnişinlərin daşınması yalnız müntəzəm marşrut avtobusları ilə həyata keçirildiyindən müəyyən çətinliklər müşahidə edilir. Buna baxmayaraq Bakı Nəqliyyat Agentliyinin göstərişi ilə bütün ehtiyat avtobuslar sərnişindaşıma prosesinə cəlb edilir".


Dayanacaqlarda böyük izdiham yaranıb - FOTOLAR

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • ABŞ müharibədə Rusiya və Çinə uduza bilər - EKSPERT RƏYİ
    Ekspertlər mümkün müharibə halındakı vəziyyət barədə danışıblar.
     19.11.2018
    Merkel Almaniyanın miqrasiya siyasətinin iflasını etiraf etdi
    Almaniya kansleri ölkəsinin miqrasiya siyasətindən danışıb.
     19.11.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ