EURO 2,0067 NEFT 73,04
USD 1,7 RUB 0,0272
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:19.06.2017 10:40:23

İzmirdən İzmitə getməkdə olan "İrəm Xaqan" adlı Türkiyə bayraqlı quru yük gəmisi Çanaqqala Assos Küçə Ağzı Çimərliyində dayaza düşərək sahilə çıxıb.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, İzmirin Nəmrud Limanından İzmitə gedən 88 metr uzunluğunda və 2 min 564 qroston ağırlığında olan Türkiyə bayraqlı "İrəm Xaqan" adlı quru yük gəmisi Çanaqqala Ayvacık ilçəsi Assos Antik Şəhəri sahillərindən keçdikdən qısa müddət sonra çatdığı, turizm sıxlığının olduğu Koyunevi kəndi Küçə Ağzı Çimərliyində saat 01.00 radələrində altı quma ilişərək dayanıb. Gəmi sahilə təxminən 20 metr qalmış dayaz sahəyə çıxaraq dayanıb.

Gəmi kapitanın yardım tələb edib etmədiyini soruşan Dardanel boğazı Gəmi Nəqliyyat Xidmətləri Mərkəzi (VTS) səlahiyyətlilərinə ilk fazada öz imkanları ilə xilas olmağa cəhd edəcəklərini dediyi bildirilib.


Dardanel boğazında 88 metrlik gəmi dayaza düşərək sahilə çıxdı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • AXCP fəalı həbs olunub
    Rəsmi qurumlar Füzuli Hüseynovun həbsi ilə bağlı hər hansı məlumat yaymayıb.
     16.06.2018
    Abşeronda 17 evdən oğurluq edən şəxs tutulub
    Abşeronda Asif Ağayev adlı şəxs oğurluq etdiyinə görə tutulub
     16.06.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ