EURO 2,007 NEFT 62,73
USD 1,7002 RUB 0,0285
  1. http://www.islamazeri.com/
  2. MƏQALƏ

Kateqoriya : MƏQALƏ

Yayınlanma tarixi:07.04.2017 22:56:12

04.04.2017 tarixində Bastainfo saytında çap edilən “Hacı Talelərdən acı talelərə” adlı yazıya cavab olaraq…

Azərbaycan hamımızın vətənidir. Vətən isə orada yaşayan hər kəsin və hər kəsindir. Konstitusiyamızın əsas müddəalarına görə demokratik və unitar dövlətik. Nə qədər vurnuxub çırpınsaq da İslam ölkəsi olmağımızı dəyişdirə bilmərik. Lakin məsələnin bu olmadığını hər kəs daxil Nəcibə xanım da bilir. Çünki ziyalı olmasına baxmayaraq “insanı geyiminə görə qarşılayıb, ağlına görə yola salarlar” atalar sözünün birinci hissəsində qalıb. O hələ də insanın müasir cəmiyyətə transferinin geyimlə uzlaşmasının qəti şəkildə tərəfdarıdır. O ki, qaldı getdiyi sərgidəki təəssüratlarına orada hansısa hərf səhvinin (hansısa hicabsız biri də təhsilsiz və qrammatik qaydalardan xəbərsiz ola bilər) onu bu qədər narahat etməsi və bunun da hicab və təhsilə bağlanması səmimi deyil. Çünki hicablı olaraq bu ölkədə 700 bal toplayan məzunlar görmüşük. Ataları üçün sərgidə öz sevdikləri hicabla birlikdə təmsil olunmaq onların da haqqıdır. Onları tərbiyə edib cəmiyyətə lazımlı şəxsiyyət kimi yetişdirmək istəyən valideynlərin borcudur. Az yaşlı uşaqların İslam fəlsəfəsini anlamadan hicab geyinməyə məcbur olduqlarını deyirsiniz, halbuki bu iddia absurddur. Necə ki, məktəbə getmək istəməyən uşağa oranın fəlsəfəsini izah etmədən göndəririksə və ya uşaq xəstələnən zaman ona dərmanı fəlsəfədən uzaq bir mövqedə içirdiriksə, bu da onlara kiçik yaşlarında dini və inancı sevdirməyimizin səbəbləridir.

 

İslam Türk dünyasının qüdrətinə qüdrət qatan bir din olub. Osmanlı və Səfəvi kimi o qədər böyük dövlətlərin adını çəkə bilərik ki, onlar bütün dünyaya İslamla qələbə çalıblar. Hətta XX əsrin əvvəllərində bütün şərqi gəzib Osmanlı imperatorluğunun süqutundan sonra İslam həmrəyliyi yaradan Cəmaləddin Əfqani belə İslam ümməti olaraq qurtuluşumuzun bu dindən keçdiyini mesaj vermişdir. Eləcə də XX əsr ziyalılarımız. Nədənsə Sovet ideologiyasının, ya da qəsdən İslam düşmənlərinin qabartdığı məsələdirmi burasını oxucuya həvalə edirəm, bizim “ziyalılarımız” çətinə düşən kimi Cəlil və Sabir maarifçiliyindən yapışırlar. İlk növbədə xatırladaq ki, bəhs etdiyiniz insanların yaradıcılığından artıq 100 il keçir. Nə sizin daş atdığınız dindar camiə o təsvir olunanlar deyil, nə də onların maarifçiliyi bu gün olsaydı ən böyük ehtimalla onlar da həbsxanada olacaqdılar. Çünki onların təbliğ etdiyi maarifçilk İslamın məhvi deyil. Onların tənqid etdiyi mövhumat və qaraguruhçudur. Tənqid etdiyiniz hicab isə qaraguruhçuluq və mövhumat deyil. Mövhumat olsaydı bu gün məktəbə hicabla getməyi tələb etmək əvəzinə, məktəbi və təhsili boykot edərdik. 

 

Hacı Abgül Süleymanovun sözlərini sitat gətirirsiniz ki, Qarabağı axirət uşaqları xilas edəcək. Dünya uşaqlarının orada nə işi var deyə etiraz edirsiniz. Gəlin indi bu sözü konteksdən çıxartmadan buna iki cəhətdən baxaq. Birincisi: Azərbaycan Respublikasının himnində keçən “Hüququndan keçən əsgər, hərə bir qəhrəman oldu” misraları kifayətdir ki, sizə ümumi mənzərə yaransın. Yaşamaq insanın ən təbii hüquqlarından biridir. Əgər insan bu hüququndan keçirsə, bu onun vətən uğrunda öz canını qurban verməsi deməkdir. Sizə xatırladaq ki, Hacı Abgülün qardaşı birinci Qarabağ müharibəsində şəhid olub. İkincisi: görəsən niyə İkinci Dünya müharibəsində 300 mindən çox azərbaycanlı döyüşçüyə həlak oldu deyirik, amma Qarabağ döyüşlərində canını verənlərə şəhid deyirik? Axı, bu termin dini termindir. İslam dinindən gəlib. İslam dininə görə isə dünya uşaqları yəni dünyagirlər-dünyapərəstlər şəhid ola bilməz.

 

“Axirət uşaqları” ifadəsini şəhidlik ruhiyyəsinə hazır olmaq, ölümdən qorxmamaq, şəhidliyə qovuşaraq cənnətə getmək kimi başa düşmək məgər bu qədər çətindir?!

 

Daha sonra israr edisiniz ki, imanın kimdə olduğu bəlli olmaz. Yarımçıqlıq sindromundan əziyyət çəkən təkcə siz deyilsiniz. Qınamaq istəmirəm. Çünki bu gün cəmiyyət olaraq yarımçıqlıq sindromu yaşayırıq. Şərqlə Qərbin arasında çəkişərkən eyni hər kəsin təqlidini etməyə çalışaraq axırda öz yerişindən də məhrum olan sağsağandan fərqimiz yoxdur. İman İslami termindir. (Terminlərdən əziyyət çəkdiyiniz az-çox bəlli olur) İslam dinində isə imanın 5 şərti var. Bu şərtlərdən ən əhəmiyyətlisi isə axirətə inamdır. Axirətə inam isə insanların öz əməllərini və həyat tərzlərini nizamlamaqdan keçir. İnsanın daxilindəki iman onun xaricində öz əksini tapır. Ona görə də “mən müsəlmanam” deyən hər kəs bununla mütləq uzlaşmalıdır. Yəni geyimi, keçirdiyi həyat tərzi bununla uzlaşır. İslam dininin hansısa coğrafi məkana aid olduğunu iddia edirsiniz, amma cumhuriyyət liderlərimiz M. Rəsulzadə və bayrağımızdakı yaşıl rəngin- İslam ümmətçiliyinin simvolunun yaradıcısı Əli Bəy Hüseynzadə belə düşünməyiblər. Bu gün onların da, bizim də uğrunda mübarizə apardığımız məsələ müasir cəmiyyətdə İslamın mövhumatdan və qaraguruhçuluqdan uzaq təqdim edilməsidir. Elə onların yazılarına baxmaq kifayətdir ki, İslam dininin bizim millət üçün necə əhəmiyyətli məsələ olduğunu dərk edək. İndi əhalisinin 90% müsəlman olan bu ölkəni necə sürükləyib maskalayaq ki, bizim İslamdan xəbərimiz yoxdur və ümumiyyətlə bu dinin daşıyıcısı deyilik?!...

 

Cəhalətə sürüklənməkdən bəhs edirsiniz, dinin cəhalətə sürüklədiyini iddia edirsinizsə, onda ilk növbədə cəhalət, mövhumat və din sözlərinin izahlı lüğətdə axtarın. Çünki işlətdiyiniz sözlərlə dinin heç bir əlaqəsi yoxdur. Din insanın qarşısına təhsillənməyi və elm öyrənməyi qadağan edən heç bir maneə qoymayıb. Peyğəmbərimiz(s) “Beşikdən qəbir evinə qədər öyrənin” və ya “Elm Çində olsa belə dalınca gedin” deyərkən məhz cəhalətə elmin işığı ilə qalib gəlməyin yolunu bizə göstərib.

 

P.S. Yazar xanıma ilk növbədə Türk tarixini ciddi mütaliə etməyi, Azərbaycan Cumhuriyyət tarixini araşdırmağı və terminlərlə münasibətlərini aydınlaşdırmağı tövsiyyə edirik.

 

Xəyal Şükür/ İslamınsesi.az


Dahi Rəsulzadəni özünə lider bilib islama düşmən kəsilənlər - CAVAB YAZI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Humanitar təşkilat: Aclıq və xəstəlik səbəbilə Yəməndə hər gün 130 uşaq ölür
    Səudiyyə Ərəbistanının tətbiq etdiyi blokada Yəməndə humanitat böhranı şiddətləndirib.
     17.11.2017
    Cübran Bassil: Bəzi qüvvələr Livan-Rusiya qaz müqaviləsini pozmağa çalışır
    Livanın XİN rəhbəri Rusiyadan regionda güc balansını təmin etməyi xahiş edib.
     17.11.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ