1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:08.05.2019 12:27:35

Daha üç jurnalistin xaricə çıxışına qadağa götürülüb

Mayın 7-də Baş Prokurorluq "Meydan" TV ilə əməkdaşlıq edən daha üç jurnalistin - Aytən Ələkbərova (Fərhadova), Aytac Əhmədova və Tural Əsədlinin xaricə çıxışına məhdidiyyəti götürüb. Bu barədə jurnalistlərə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinin rəisi Eldar Əhmədov bildirib və müvafiq bildirişi onlara təqdim edib.

İdarədə bildiriblər ki, "Meydan" TV ilə əməkdaşlıq edən bütün jurnalistlərin üzərindən məhdudiyyət mayın 11-dək götürüləcək. Bundan öncə jurnalistlər İzolda Ağayeva, Səlimə Cəlilova, Natiq Cavadlı və yazıçı Rasim Qaracanın üzərindən qadağa götürülüb. Buna qədərsə jurnalist Aynur Qənbərovanın (Elgünəş) səfərinə qadağa götürülmüşdü.

*2015-ci ildə "Meydan" TV-yə (Berlində yerləşir) qarşı cinayət işi qaldırılıb. Bununla əlaqədar həmin İnternet kanalla əməkdaşlıq edən 10-dan çox jurnalist dindirilmişdi. Onların ölkədən çıxışına qadağa qoyulmuşdu. (Turan)


Daha üç jurnalistin "STOP"u götürüldü

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bəzi saytların yaydığı
    Dövlət Təhlükəsizliyi Xidmətinə ölkənin tanınmış siyasi xadimlərinin və ayrı-ayrı ziyalılarının çoxsaylı müraciətləri daxil olub.
     19.09.2020
    İrandan ABŞ-a: Biz qadınlardan qisas almırıq
    İran İslam İnqilabı Keşikçiləri Ordusunun (Sepah) komandanı Hüseyn Səlami açıqlama verib
     19.09.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ