EURO 1,9671 NEFT 74,37
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:08.02.2017 17:23:50

“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən (NMM) metronun “28 may” stansiyası, eləcə də əks istiqamətdə hərəkət edən 1 nömrəli marşrut xəttinin hərəkət trayektoriyasında dəyişiklik edilib.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, dəyişikliyə əsasən, “Koroğlu” NMM-dən Heydər Əliyev prospekti ilə şəhər istiqamətində hərəkət edən avtobuslar “Azərsu” ASC-nin yeni tikilən inzibati binasının qarşısından Ələsgər Qayıbov küçəsinə dönəcək. Daha sonra avtobuslar Ələsgər Qayıbov küçəsi, 10 ünvanında yerləşən iş mərkəzinin qarşısındakı geri dönmədən əks istiqamətdə qayıdaraq Heydər Əliyev prospekti ilə əvvəlki xətt üzrə hərəkət edəcək.

Dəyişikliyin edilməsində məqsəd həmin ərazidə yaşayan sakinlərin, həmçinin Ələsgər Qayıbov küçəsində yerləşən dövlət və özəl qurumların əməkdaşlarının şəhər mərkəzinə rahat gedişini təmin etməkdir. Məlumat üçün bildirək ki, Ələsgər Qayıbov küçəsində və ona yaxın ərazidə yaşayış və iş yerlərinin olmasına baxmayaraq, ərazidən hər hansı bir marşrut xətti keçmirdi. Qeyd edək ki, bu dəyişikliyin avtobuslararası intervala təsirinin qarşısını almaq məqsədilə daşıyıcı tərəfindən xəttə buraxılan nəqliyyat vasitələrinin sayı artırılacaq.

Bakı Nəqliyyat Agentliyinin qərarına əsasən, 1 nömrəli müntəzəm şəhərdaxili marşrut xətti üzrə avtobuslar 12 fevral tarixindən sınaq üçün yenilənmiş trayektoriya üzrə hərəkət edəcək.


Daha bir marşrut xəttinin hərəkət istiqaməti dəyişib - SXEM

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Yəməndə daha bir Səudiyyə rejimi komandanı məhv edildi
    Yəmən Ordusunun mətbuat katibi, təcavüzkarların Hudeydə hava limanına çata bilmədiyini və buranın Yəmən ordusu və xalq qüvvələrinin tam nəzarəti altında olduğunu bildirib.
     20.06.2018
    Azərbaycanda pambıq sahəsində yenidən kütləvi zəhərlənmə
    Yevlax rayonundakı pambıq sahələrindən birində növbəti kütləvi zəhərlənmə hadisəsi baş verib.
     20.06.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ