EURO 1,8799 TRY 0,2973
USD 1,7 RUB 0,0265
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:10.06.2019 09:18:25

“Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması”

“Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi erməni işğalı altında olan ərazilərimizdə məhv edilən tarixi, mədəni, dini irsimizlə bağlı beynəlxalq auditoriyaya daha bir çağrış ünvanlayıb.

Birlikdən  verilən məlumata görə, sosial medianın tələbləri nəzərə alınmaqla ingilis dilində hazırlanan videomüraciət bu dəfə də Azərbaycan hökumətinin qərarı ilə “Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı” siyahısına daxil edilən Bakıdakı erməni kilsəsindən bəhs edir.

Videomüraciətdə Azərbaycan xalqının multikulturalizim ənənələrinə sadiq qaldığı vurğulanaraq bildirilir ki, Bakının məkəzində erməni kilsəsi və bu kilsəyə aid olan ədəbiyyatlar qorunub saxlanıldığı halda Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və işğal altında olan ətraf rayonlarda tarixi, mədəni, dini abidələr məhv edilir, qədim məscidlərin üzərlərindəki daş kitabələr dəyişdirilərək onların tarixi saxtalaşdırılır.

Ermənilər hətta XIX əsrdə Şuşada rus hərbçiləri üçün tikilmiş pravoslav kilsəsinin arxitekturasını dəyişərək özününküləşdiriblər. Beynəlxalq təşkilatların və onların rəhbərlərinin ünvanlarına göndərilən müraciətdə əsas məqsəd diqqəti ermənilərin vandal hərəkətlərinə yönəltmək, işğal altında olan ərazilərimizdə tarixi, mədəni abidələrmizin dağıdılmasına son qoymağa nail olmaqdır.


Dağlıq Qarabağın azərbaycanlı icmasından beynəlxalq təşkilatlara çağırış - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda bir neçə polis bölmə və şöbələrinə təyinatlar
    Bakının bir sıra şöbə və bölmələrinin rəis müavinləri vəzifələrinə təyinatlar olub.
     20.09.2019
    Tanınmış bloqer canlı yayımda öldü - VİDEO
    Daniyal Khan "Tik Tok"un tanınmış pakistanlı bloqeri dostları ilə birlikdə yol qəzası nətcəsində ölüb
     20.09.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ